Tarix : 2015 Jan 06
Kod 45180

Haci Mövsüm Səmədovun atasının dəfnində iştirak etməsi üçün müraciət edilib

Mövsüm Səmədovun atasının dəfn mərasimində iştirak edib-etməməsilə bağlı buraxılması isə hələ ki bilinmir

Arannews - Azərbaycan İslam Partiyasının sədri, islamçı məhbus Mövsüm Səmədovun atasının dəfn mərasimində iştirak etməsi üçün müvafiq orqanlara müraciət edilib

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında  Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun atası Mərdan Səmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu gün saat 14:00-da mərhumun cənazəsi  yaşadığı Quba şəhərində yerləşən qəbiristanlıqda dəfn ediləcəyi gözlənilir. Mövsüm Səmədovun  atasının dəfn mərasimində iştirak edib-etməməsilə bağlı buraxılması isə hələ ki bilinmir.

AİP liderinin vəkili Anar Qasımlının verdiyi məlumata görə, o, məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət edib, cavab gözləyir: "Mövsüm Səmədovun atasının  vəfat etməsini dünən axşam eşitdim. Bu gün səhər məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət etmişəm. Hələ ki, cavab gözləyirəm. İnşallah, müsbət cavab alarıq".

  • Yazılıb
  • da (də) 2015 Jan 06