Mövsüm Səmədovun atasının dəfn mərasimində iştirak edib-etməməsilə bağlı buraxılması isə hələ ki bilinmir
Arannews - Azərbaycan İslam Partiyasının sədri, islamçı məhbus Mövsüm Səmədovun
atasının dəfn mərasimində iştirak etməsi üçün müvafiq orqanlara müraciət edilib
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun
atası Mərdan Səmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu gün
saat 14:00-da mərhumun cənazəsi yaşadığı
Quba şəhərində yerləşən qəbiristanlıqda dəfn ediləcəyi gözlənilir. Mövsüm Səmədovun atasının dəfn mərasimində iştirak edib-etməməsilə
bağlı buraxılması isə hələ ki bilinmir.
AİP liderinin vəkili Anar Qasımlının verdiyi məlumata görə, o, məsələ ilə bağlı aidiyyəti
orqanlara müraciət edib, cavab gözləyir: "Mövsüm Səmədovun atasının vəfat etməsini dünən axşam eşitdim. Bu gün səhər
məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət etmişəm. Hələ ki, cavab gözləyirəm.
İnşallah, müsbət cavab alarıq".