Tarix : 2015 Jan 06
Kod 45182

Bu il Azərbaycanda alıcılıq qabliyyəti kəskin aşağı düşəcək

Bu il Rusiyada rublun dəyərsizləşməsi və xam neftin qiymətinin ucuzlaşmasının davam edəcəyi halda Azərbaycanda da alıcılıq qabliyyəti kəskin aşağı düşəcək

Arannews - “Bu il ailə büdcəsində ərzaq xərcləmələrinə yönələn vəsaitlərin həcmi artacaq”.

bu açıqlama ilə iqtisadçı Qubad İbadoğlu öz Feysbuk səhifəsində çıxış edib.

O, Rusiyadakı vəziyyətlə əlaqədər Azərbaycanda da alıcılıq qabilliyyətinin azala biləcəyini söyləyib:

 “Bu il Rusiyada rublun dəyərsizləşməsi və xam neftin qiymətinin ucuzlaşmasının davam edəcəyi halda Azərbaycanda da alıcılıq qabliyyəti kəskin aşağı düşəcək. Bu da xüsusilə qeyri-ərzaq mallarının və məişət məhsullarının satışının əhəmiyyətli dərəcədə azalmasını şərtləndirəcək. Nəticədə, bu il bir tərəfdən ailə büdcəsində ərzaq xərcləmələrinə yönələn vəsaitlərin həcmi artacaq, digər tərəfdən də qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan ticarətçilər böhran şəraitində işləməli olacaqlar. Yeni ildə yeni şərtlərlə işləmək məcburiyyətində qalan milli iqtisadiyyatın neftin dünya bazar qiymətlərinin ucuzlaşmasına və Rusiyadakı böhrana necə adaptasiya olunacağından da çox şey asılıdır. Əks təqdirdə yaranmış vəziyyətdən ən çox əziyyət çəkən yalnız istehlakçılar deyil, həm də kiçik və orta sahibkarlar olacaq”.

  • Yazılıb
  • da (də) 2015 Jan 06