Tarix : 2015 Jan 07
Kod 45187

Azərbaycan İslam Partiyasının sədrinə atasının dəfnində iştirakına icazə verilməyib

Həbsdə olan Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədovun atasının dəfn mərasimində iştirakı üçün icazə verilməyib.

AranNews- Bu barədə vəkil Anar Qasımlı məlumat verib. O deyib ki, bununla bağlı bütün səlahiyyətli orqanlara teleqram vurub xahiş edib ki, Mövsüm Səmədovun atasının dəfnində iştirak etmək imkanı yaratsınlar. Buna baxmayaraq bu vaxta qədər heç bir rəsmi cavab almamışıq.
Qeyd edək ki, M.Səmədovun atası Mərdan Səmədov uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib. Mərhum Quba şəhərində dəfn edilib. Dəfn mərasimində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvləri, Azərbaycan İslam Partiyasının funksionerləri və ölkənin müxtəlif bölgələrindən olan yüzlərlə inanclı şəxs iştirak ediblər.
Bildirək ki, AİP sədri 2011-ci il yanvar ayının 7-də həbs edilib. Yanvarın 20-də onun haqqında həbs qəti-imkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə M.Səmədov 12 il müddətinə azadlıqdan məhrum edilib. 


  • Yazılıb
  • da (də) 2015 Jan 07