Tarix : 2015 Jan 07
Kod 45193

İranın iqtisadiyyat və maliyyə naziri Azərbaycana gələcək

İran iqtisadiyyat və maliyyə naziri Əli Tayebniyə 2015-ci il yanvarın ikinci yarısında Azərbaycana gələcək.

AranNews- bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.
“İran idarə başçısının səfəri cari ilin yanvar ayının ikinci yarısında Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti üzrə baş tutacaq”,- deyə səfir bildirib.
Diplomatın sözlərinə əsasən, səfər gedişində tərəflər İran və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı məsələlərini müzakirə edəcəklər.
Səfərin dəqiq tarixi sonra açıqlanacaq, deyə Pakayin qeyd edib. 

  • Yazılıb
  • da (də) 2015 Jan 07