Tarix : 2015 Jan 07
Kod 45195

Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin təhlili

Azərbaycan Respublikasının qanunlarına əsasən, əvvəl bələdiyyə üzvləri seçilir, sonra isə onların arasından bələdiyyə başçıları seçilir

Arannews - Tərifə əsasən, demokratik hökumət birbaşa xalq tərəfindən, yaxud xalq nümayəndələri tərəfindən seçilən hökumətə deyilir. Digər tərəfdən hökumət təşkil etməkdə ilk məqsəd ölkə xalqına lazım olan təchizat və əmtəənin çatdırılması, onların məişət və təhlükəsizliyinin təminidir. Bu əsasla ölkənin hökumətçiliyi və idarə edilməsi camiədə əsas fəaliyyət hesab olunur. Xalqa hökumət etmək də xalq tərəfindən seçilmiş nümayəndələr tərəfindən icra olunur. Bu da hökumətin vətəndaşların hüquqlarının təmin etməsini göstərir. Deməli, seçkilər hökumət edənlərlə hökumətin bayrağı altında yaşayanlar arasında əlaqə körpüsüdür.

Bu qeydlərə və Azərbaycan Respublikasında seçicilik hüququna malik olanların seçkilərdə zəif iştirak etmələrinə, həmçinin media tərəfindən bələdiyyə seçkilərinin lazımınca işıqlandırılmamasına diqqət etməklə, xalqın seçkilərdə zəif iştirakının səbəblərinə ötəri nəzər salaq.

Azərbaycanda bələdiyyə seçkiləri seçki hüququna malik olanların 38/93 faiz iştirakı ilə başa çatdı. Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb və seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməsi nəzərdə tutulub. Seçkilər səhər saat 8:00-dan axşam 19:00-dak davam edib. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.

Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Seçkilərdə 4 819 382 seçicidən 1 806000 nəfəri səs verib ki, bu da ümumi seçicilərin 38/93 faizi deməkdir.

Azərbaycan Respublikasının qanunlarına əsasən, əvvəl bələdiyyə üzvləri seçilir, sonra isə onların arasından bələdiyyə başçıları seçilir.

Bələdiyyə üzvlərinə seçilənlərin partiya və müstəqil surətdə səs toplaması və seçkinin nəticələri barədə geniş danışmaq zəruri olsa da, dəqiq məlum olan budur ki, seçilənlərin hətta dost-tanışları və yaxınları da bu seçkilərdə geniş iştirak etmədilər.

Digər əhəmiyyət kəsb edən məsələ bu oldu ki, seçkilərdə özü tərəfindən namizədliyi irəli sürülmüş namizədlərin sayı bütün partiyaların hamısının namizədlərinin sayından çox oldu. Bu cəhətdən müstəqil namizədlərin baxışlarının yaxın olduğu surətdə ümumi xalqın qarşıladığı yeni bir partiyanın yaranacağını gözləmək olar. Belə nəzərə gəlir ki, gələcəkdə yeni partiyanın yaranması üçün tam şərait vardır.

İndiyə kimi keçirilmiş bələdiyyə seçkilərinin hamısını araşdırdıqda hökumət rəsmilərinin, əsasən də orta səviyyədə olan dövlət işçiləri ictimai səhnələrə daxil olmaq istəmirlər. Bu da Azərbaycanda təkpartiyalığın hökm sürməsi üzündəndir.

Bu seçkilərdə seçicilərin az iştirakına diqqət etməklə aşağıdakı qeydlər əhəmiyyətlidir:

1. Xalqın bələdiyyənin fəaliyyətini bəyənməməsi.

2. Xalq üçün seçkilərin nəticə və əhəmiyyətinin az olması.

3. Hakim dövlət üçün seçkilərin əhəmiyyət daşımaması. Bunu seçkilərə bir neçə həftə qalmış dövlət mediası tərəfindən təbliğatın necə aparılmasından da başa düşmək olar.

4. Xalqın hakimiyyədən narazılığı.

5. Xalqı seçkilərdə iştirak etməyə təşviq etmək üçün lazım proqram və  vəsaitin olmaması.

6. Hökumətin birpartiyalı olması. Belə ki, mövcud olan digər partiyalar  ölkədə demokratiyanın olmasını göstərmək üçündür.

7. Xalq onların seçkidə iştirak edib-etməməsinin yaşayışları üçün bir fərqi olmadığını başa düşür.

8. Xalqın hakim dövlətə güvənməməsi.

Ümumi olaraq demək olar ki, Azərbaycan Respublikasında bələdiyyə seçkilərində seçicilərin zəif iştirakı hökumət üçün məğlubiyyət hesab edilir və bu ölkədə hökumətin qanuniliyini və demokratiyanın olmasını sual altına salır.

  • Yazılıb
  • da (də) 2015 Jan 07