Terror aktı zamanı polis və kamikadze həyatını itirib. Bir nəfər də yaralanıb
Arannews - Dünən gecə Türkiyənin İstanbul şəhərində Sultanəhməd bölgəsindəə
kamikadze terrorçu qadın özünü partladıb.
Terrorçu qadın İstanbulun tarixi mərkəzindəki Sultanəhməd meydanı
yaxınlığında Turizm Polisi İdarəsinin növbətçi postuna yaxınlaşaraq, ingilis
dilində çantasının itdiyini bildirib və içəri daxil olmağa cəhd edib. Lakin
polis onu dayandırdıqda o, üzərinə quraşdırılmış partlayıcı qurğunu işə salıb.
Terror aktı zamanı polis və kamikadze həyatını itirib. Bir nəfər də
yaralanıb.
Türkiyə mediası terrorçunun kimliyini açıqlayıb. Verilən məlumata görə,
Elif Sultan Kalsen kommunist terrorçu qruplaşmanın üzvüdür. Onun İstanbulun
Çağlayan bölgəsinin Ədliyyəsi önündə mətbuat konfransı keçirdiyi də önə çəkilir.
O mətbuat önündə "8 kamikadze" xəbərində adı hallandığını, lakin
bunun həqiqət olmadığını bildirmişdi.