Tarix : 2015 Jan 08
Kod 45207

“Foreign Affairs” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılış dərc olunub

“Foreign Affairs” jurnalının yanvar-fevral 2015-ci il sayında Azərbaycana həsr olunmuş “Azərbaycan 2020-ci ildə: Davamlılığa çevrilən güc” adlı xüsusi buraxılış dərc olunub.

AranNews-ın "SalamNews " saytına istinadən verdiyi məlumata görə, sözügedən buraxılışda azərbaycanin siyasi-iqtisadi inkişafı, xarici siyasəti, enerji strategiyası, ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat infrastrukturu, informasiya və kommunikasiya texnologiyaları və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, turizm potensialı, ictimai xidmətlər sahəsində tətbiq olunan innovasiyalar və "ASAN-xidmət" və 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Avropa oyunları haqqında ətraflı məlumat öz əksini tapmışdır.

“Foreign Affairs” jurnalının Azərbaycana həsr olunmuş buraxılışının tam mətni ilə buradan tanış ola bilərsiniz:
http://www.mfa.gov.az/files/file/foreignaffairs.pdf

  • Yazılıb
  • da (də) 2015 Jan 08