Arannews - Xəbər verdiyimiz kimi İstanbulun
Sultanəhməd bölgəsində Turist Polis Şöbəsinin yaxınlığında bir terror aktı qeydə
alınıb .
əvəlki açıqlamalarda terror aktının kommunist bir qız törətdiyi önə çəkilirdi.
Türkiyə medialarinin verdiyi xəbərə görə, Dünən terrorçu kamikadzenin cəsədinə
baxış zamanı ilk açıqlamada adı açıqlanan Elif Sultan Kalsenin ailəsi cəsədin
onların qızlarına aid olmadığını bildiriblər.
Bu açıqlamadan sonra, terrorçu qadının sələfi qruplaşmalara bağlı olduğu məlum
olub.
İlkin məlumatlara görə, terrorçu çeçen qadın İŞİD-ə bağlı olub.
Qeyd edək ki, kommunist saytlarından birinin səhifəsində terrorun onlar tərəfindən
törədildiyi bildirilib. Sonradan məlum olub ki, bu saytlar hakerlər tərəfindən ələ
keçirilib və "etiraf açıqlaması" məlumatları yerləşdirilib.
Göründüyü kimi, kimlərsə İŞİD-in cinayətini gizlətmək məqsədilə Elif Sultan
Kalsenin adını mediaya ötürüb, bundan sonra da kommunist saytlar hakerlər tərəfindən
ələ keçirilib.