Tarix : 2015 Jan 08
Kod 45214

Türkiyədəki terroru İŞİD-in çeçen qadın üzvü törədib

terrorçu qadının sələfi qruplaşmalara bağlı olduğu məlum olub

Arannews -  Xəbər verdiyimiz kimi İstanbulun Sultanəhməd bölgəsində Turist Polis Şöbəsinin yaxınlığında bir terror aktı qeydə alınıb .

əvəlki açıqlamalarda terror aktının kommunist bir qız törətdiyi önə çəkilirdi.

Türkiyə medialarinin verdiyi xəbərə görə, Dünən terrorçu kamikadzenin cəsədinə baxış zamanı ilk açıqlamada adı açıqlanan Elif Sultan Kalsenin ailəsi cəsədin onların qızlarına aid olmadığını bildiriblər.

Bu açıqlamadan sonra, terrorçu qadının sələfi qruplaşmalara bağlı olduğu məlum olub.

İlkin məlumatlara görə, terrorçu çeçen qadın İŞİD-ə bağlı olub.

Qeyd edək ki, kommunist saytlarından birinin səhifəsində terrorun onlar tərəfindən törədildiyi bildirilib. Sonradan məlum olub ki, bu saytlar hakerlər tərəfindən ələ keçirilib və "etiraf açıqlaması" məlumatları yerləşdirilib.

Göründüyü kimi, kimlərsə İŞİD-in cinayətini gizlətmək məqsədilə Elif Sultan Kalsenin adını mediaya ötürüb, bundan sonra da kommunist saytlar hakerlər tərəfindən ələ keçirilib.

  • Yazılıb
  • da (də) 2015 Jan 08