Arannews - 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin öldürülməsindən sonra müəssisəyə xüsusi təyinatlılar yeridilib, məhkumlar kütləvi şəkildə döyülüblər. Onlardan bir neçəsi vərəmli məhkumlar üçün nəzərdə tutulan müalicə müəssisəsinə və başqa həbsxanalara köçürülüblər. Həmçinin 14 saylı CÇM-də bir çox məhbuslar o cümlədən islamçı məhbuslar Rza Ağalı və İlham Hətəmova işgəncə verilərək 15 gün müddətinə karserə salınıb.
Bu barədə rəsmi məlumat yoxdur, məhkumların yaxınlarına da onlarla görüşməyə icazə verilmir.
Bu gün redaksiyamıza daxil olan məlumata görə, Rza Ağalı və İlham Hətəmovun "kars" müddəti daha 15 gün artırılıb.