Tarix : 2015 Jan 12
Kod 45260

Iran Islam Respublikasinin xin müavini Bakiya səfər edəcək

səfər zamanı ADA Universiteti və İran XİN-in Elm və araşdırmalar idarəsi rəsmiləri arasında müzakirələr aparılacaq

Arannews - "İran islam respublikasinin xarici işlər nazirinin müavini və İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Elm və araşdırmalar idarəsinin rəhbəri Hadi Süleymanipur Azərbaycana səfər edəcək".

İran islam respublikasinin Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, H.Süleymanipur Azərbaycan xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin dəvəti ilə yanvarın 21-22-də Bakıda səfərdə olacaq.

Səfir qeyd edib ki, səfər zamanı ADA Universiteti və İran XİN-in Elm və araşdırmalar idarəsi rəsmiləri arasında müzakirələr aparılacaq: "İki ölkə arasında tələbə və müəllim mübadiləsi və digər məsələlər müzakirə olunacaq. Həmçinin, əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənilir".

  • Yazılıb
  • da (də) 2015 Jan 12