Tarix : 2015 Jan 21
Kod 45325

Rusiyanın yeni hərbi doktrinası, qarşıda duran xüsusiyyət və praoblemlər

- Arannews Rusiyanın prezidenti Vladimr Putin 2014-cü il 26 dekabrda Moskvanın Ukrayna böhranında roluna görə qərbin onun ölkəsinə iqtisadi sanksiyalarına və siyasi təzyiqlərinə reaksiya olaraq, Rusiya Federasiyasının yeni hərbi doktrinasını imzaladı. Kremlin rəsmi açıqlamasına əsasən, bu sənəd 19 dekabrda baş tutan Rusiyanın Təhlükəsizlik Şurasında qəbul edilib.

Hərbi doktrina həmişə ölkənin mühüm təhlükəsizlik və müdafiə proqramlarını göstərən bir sənəd hesab olunur. Rusiyada təhlükəsizlik mövzusu tarixi olaraq dövlətin siyasətlərində və qərar qəbul etməsində təsirli olub.

Kremlin yeni hərbi doktrinasını araşdırmaq ekspertlərə imkan verir ki, Rusiyanın yeni təhlükəsizlik baxışları ilə tanış olsunlar.

Rusiyanın yeni hərbi doktrinası 2010-cu ildə imzalanmış doktrinanı əvəz edir. 29 səhifədən ibarət bu yeni sənəd ölkənin 1993, 2000 və 2010-cu illərdə qəbul edilmiş sənədlərdən sonra 4-cü sənəd hesab olunur. İcrasına 2015-ci ildən başlanması nəzərdə tutulan təzə sənədin bəzi özəllikləri vardır ki, onu köhnə sənədlərdən fərqləndirir.

Yeni sənəddə açıq qeyd olunur ki, "Rusiya sərhədlərində NATO-nun potensialı güclənir, raket hücumundan müdafiə sisteminin qlobal yerləşdirilməsi istiqamətində fəal işlər həyata keçirilir". Habelə, sənəddə qeyd olunur ki, Rusiya əleyhinə böyük müharibə imkanı azalsa da ölkəyə qarşı təhlükəsizlik təhdidlərinin sayı çoxalmaqdadır.

Yeni doktrina Rusiyanın qarşısında dayanan təhdidləri daxili və xarici olmaqla iki qismə bölür:

Xarici təhdidlər, o cümlədən raket hücumundan müdafiə sisteminin quraşdırılması, ABŞ-ın "dünya zərbəsi" hərbi doktrinası (bu sənəd ABŞ ordusuna icazə verir ki, Yer üzündə istənilən hədəfi çox yüksək diqqətlə 60 dəqiqə müddətində adi başlıqlı qitələrarası raketlərlə vura bilsin), fəzada yüksək diqqətli nüvə başlıqlı və adi başlıqlı silahların quraşdırılmasını saymaq olar.

Daxili təhdidlərə isə Rusiya Federasiyasının konstitusiyasının zor gücünə dəyişmək, ölkədə siyasi və sosial qeyri-sabitlik, həmçinin dövlət qurumlarının iş fəaliyyətində nizamsızlıq təşkil etmək, Rusiyanın ərazi birliyini pozmaq və dövlətin bötövlüyünü zəiflətmək, etnik məsələləri qızışdırmaq, terror hədələri kimi məsələlər doktrinanın başlıca daxili prinsipini müəyyən edir.

Üstəlik, yeni doktrinada ilk dəfə olaraq qərbin xüsusi təhlükəsizlik və hərbi şirkətlərinin Rusiyanın qonşuluğunda yerləşməsinə toxunulur və bu ölkənin milli təhlükəsizliyi üçün təhdid hesab edilir.

Habelə bu sənəd xarici qüvvələrin tarixi ənənələri, mədəniyyəti, gənclərdə vətənpərvərlik hisslərini, ata yurdunun torpaqlarını qorumaq həvəsini zəiflətməyə çalışmasını xatırladır.

Sənəddə Rusiyanın qonşuluğunda dost olmayan dövlət və rejimlərin iş başına gəlməsi, xüsusilə də qərb havadarlırı tərəfindən qanuni hökumətlərin kənarlaşdırılması və onun yerinə Rusiyanın maraqlarına uyğun gəlməyən dövlətlərin iş başına gətirilməsi barədə də ciddi xəbərdarlıq edilir.

Xarici kəşfiyyat orqanlarının və onların müttəfiqlərinin Rusiyaya qarşı məlum fəaliyyətlərinə sənəddə işarə olunur.

Bunlardan əlavə, Ukraynadakı vəziyyətlə bağlı, həmçinin Afrikanın şimalında, Suriyaİraq və Əfqanıstanda təhdidlərin yaranması Rusiya üçün yeni təhlükə hesab edilib.

Putin 2014-cü il üçün son mətbuat konfransında dedi: "Ayı bal və giləmeyvə yeməklə yaşayır. Amma ayını nə vaxtsa dinc qoyurlar? Yox. Ayını həmişə zəncirləmək, dişlərini və pəncələrini qopartmaq istəyəcəklər. Sonra isə dərisini soyub divardan asacaqlar. Bax, bizə də belə seçim təklif edirlər". O, qərbi anti-rus təfəkkürlü olmaqda ittiham etdi və ABŞ-ın Avropanın şərqində raket hücumlarından müdafiə sistemlərinin yerləşdirilməsinə və Soçidə keçirilən Qış Olimpiya Oyunlarının xəbərlərinin əks etdirilməsini nümunə olaraq vurğuladı.

Rusiyanın prezidenti 2015-ci il üçün müdafiə nazirliyinin büdcəsinin 50 milyard dollara çatacağını açıqladı (Rusiyanın bəzi qaynaqları bu rəqəmin 81 milyard dollar olduğunu qeyd edirlər). Putin, ABŞ hərbi büdcəsinin Rusiyanın hərbi büdcəsindən 10 dəfə çox olduğunu və təqribən 575 milyard dollara çatdığını xatırlatdı. O, həmçinin ölkəsinin heç vaxt hücum siyasəti həyata keçirmədiyini dedi.

"Rusiyanın terrorçu əməliyyatlardan qorunmaq üçün öz ətrafında yalnız iki (Tacikistan və Qırğızıstanda) bazası vardır və Rusiyanın strateji qırıcı-bombardmançıları cəmi iki ildir ki, yenidən öz uçuşularını bərpa edib"- deyə prezident bildirdi.

2014-cü ilin hərbi doktrinası 2010-cu ildə imzalanmış sənəddəki əsas götürülən nüvə silahlarını yenidən təsdiqləyir.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov 29 dekabrda ölkənin 24-cü kanalına verdiyi müsahibəsində dedi: "Strateji nüvə silahlarının genişləndirilməsi ölkənin Müdafiə Nazirliyinin öndə dayanan məsələsinə çevrilmişdir". O, artırdı: "2014-cü ildə 3 strateji hərbi raket bazası yeni Yars tipli raketlərlə təchiz edilib. Həmçinin 4 bombardmançı TU 95 MS və TU 160 təkmilləşdirilərək istifadəyə verilib".

Ondan qabaq da Putin Rusiya Federasiyasının 2021-ci ilədək bütün hərbi yer raket bazalarının qitələrarası balistik raketlərlə təchiz olunması göstərişini vermişdi. Putinin fərmanına əsasən, Rusiyanın strateji nüvə qüvvələri 2015-ci ilədək 50-dən yuxarı qitələrarası balistik raketlərlə təchiz ediləcək. O, həmçinin hərbi dəniz donanmasında strateji bombardmançıların və sualtı qayıqların moderinləşməsi layihəsinin həyata keçirilməsinə təkid etdi.

Rusiyanın strateji raket qüvvələrinin 2020-ci ilədək 170 ədəd Topol M, 30 ədəd SS-19, 108 ədəd RS-24 qitələrarası balistik raketləri ilə təchiz edilməsi gözlənilir.

2014-cü il 16 dekabrda Strateji Təyinatlı Raket Qoşunlarının komandanı general Sergey Karakayev dedi: "Rusiya "Sarmat" adlı yeni qitələrarası ağıllı balistik raketlərinin istehsalına çalışır və 2020-ci ilədək onları Satan (SS-18) tipli raketlərinin yerinə quraşdırmaq niyyətindədir". Karakayevin dediklərinə əsasən, kompleksləşmiş yeni inkişaf etmiş texnologiyaya malik raketlər, anti-raket hərəkətlərlə qarşılaşmaqda bacarıqlı və daha çox manevrlərə və nəzarəti əldə saxlamağa daha qabiliyyətlidir.

Yeni hərbi doktrinaya əsasən, Rusiya özünə, yaxud müttəfiqlərinə qarşı nüvə silahı işlədəcəyi surətdə onun əvəzini çıxmaq üçün, ya digər adi kütləvi qırğın silahları işləndiyi, yaxud Rusiyaya qarşı çox ciddi təcavüz sayılan böyük hərbi hücum olduğu surətdə öz nüvə silahlarından istifadə edə bilər.

Bundan əlavə, yeni hərbi doktrinada ilk dəfə olaraq qeyd edilib ki, Rusiya bundan sonra dəqiq silahlarından preventiv strategiyanın bir hissəsi kimi istifadə edə bilər. Amma sənəddə bunun hansı şəraitdə istifadə ediləcəyi vurğulanmayıb.

Sənəddə ilk dəfə olaraq Rusiyanın Şimal qütbündə milli maraqlarının qorunması mövzusuna toxunulub və sülh şəraitində Rusiyanın silahlı qüvvələrinin önəmli məsələsi kimi hesab edib.

Son illər ərzində və bu ərazilərdə neft-qaz yataqlarının kəşf edilməsindən sonra Rusiya və onun ətrafındakı 4 ölkədə: ABŞ, Kanada, Norveç və Danimarkada şimal qütbünün qorunması mövzusu irəli gəlmiş və genişlənməkdədir. 2013-cü ilin sentyabrında Putin təkid etdi ki, şimal qütbünü hərbiləşdirmək fikrində deyil, lakin bu məntəqədə Rusiyanın müdafiəsi gücünü təmin etmək üçün zəruri tədbirlər görmək istəyir. O, 2014-cü ilin aprelində bildirdi ki, Rusiyanın milli maraqlarının qorunması üçün şimal qütbünün Rusiya hissəsində hərbi baza yaradacaq və ora əsgər, təyyarə və gəmi göndərəcək. Putin şimal qütbünün geniş ərazilərini əldə etmək üçün bu böyük hədəfli planı bir il bundan qabaq ortaya atmışdır.  O, şimal qütbünü " yüksək müdafiə prioritetləri" adlandırdı və əlavə etdi: "Rusiya 40 ədəd hərbi gəmini və nüvə başlıqları daşıyan balistk raketlərlə təchizatlanmış Buri" sinfindən olan ən azı bir sualtı qayığını ora göndərəcək. Həmçinin, Rusiya məhz şimal qütbündə istifadə etmək üçün nüvəli təyyarə daşıyan təyyarə düzəltmək niyyətindədir. Bu hərbi təchizatların hamısı Rusiyanın buz altında olan neft və qaz yataqlarına hakimliyini qoruyub saxlamaq üçündür.

Hər halda aydın məsələdir ki, Rusiyanı qərb və NATO-ya qarşı kəskin nəzərli və şübhəli yeni hərbi doktrina yazmağa məcbur edən Ukrayna böhranı və keçən ilin mart ayında Krımın Rusiyaya birləşməsindən sonra qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları, Ukraynanın şərqində Donetsk və Luhansk əyalətlərinin ayrılmaq istəmələri üzündən yaranan gərginlik və bunun ardınca NATO-nun Polşa və keçmiş sovet ölkələrindən olan Baltik ölkələri: Latviya, Litviya və Estoniyada öz iştirakını gücləndirməsi oldu.

Putin 24 dekabrda Ukrayna Parlamentinin NATO-ya birləşmək barədə qəbul etdiyi qərara və NATO-nun Ukraynanı üzbəüzdə ön xətt daxilinə gətirməyə çalışmasına münasibət olaraq xatırlatma verdi və təhdid etdi ki, Ukraynanın NATO-ya qəbul ediləcəyi surətdə Moskvanın bu təşkilatla qalmış azacıq anlaşması da ciddi zərərə uğrayacaq və Rusiya buna uyğun cavab verəcək. Ukraynanın NATO-ya birləşməsi uzun illər çəkəcəyi məlum olsa da Rusiya prezidenti bu sözləri ilə aydınlıq gətirdi ki, sovetlər dövründə Rusiyanın strateji müttəfiqi olmuş və bu ölkə ilə uzun sərhədlərə malik Ukraynanın NATO-ya birləşmək üçün hərəkəti də Moskva üçün təhlükə hesab edilir.

Rusiyanın yeni hərbi doktrinası Putinin Ukrayna böhranına və bundan irəli gələn Rusiyaya qarşı təhdidlərə görə hansı həddə narahat olduğunu göstərir.

Lakin prezident yeni doktrinanı icra etmək üçün öz silahlı qüvvələrini yenidən qurmalı və moderinləşdirməlidir. Buna görə də yeni doktrinanın həyata keçməsi üçün problemlərlə qarşılaşacaqlar. Bundan əlavə, qərbin Rusiyaya qarşı sanksiyaları da ölkə iqtisadiyyatına öz mənfi təsirini qoyacaq, neftin qiyməti ucuzlaşacaq və bu da Rusiyanın nəzərdə tutduğu geopolitik hədəflərinin icrasına maneə yaradacaq. Mütəxəssislərin nəzərincə neftin dəyərinin aşağı düşməsi uzun müddət çəkə bilər. Buna görə də Rusiyanın şimal qütbündəki neft-qaz yataqlarına maraqları azala bilər. Rublun qiyməti hazırda sovetlər dönəmindəki dəyərə enmiş və Rusiya öz banklarını gələcəkdə müflisləşləşmədən qorumağa çalışır. Lakin ekspertlər belə düşünür ki, bu maneələrin heç biri Putinin Ukraynadan və digər yerlərdən əl çəkməsinə səbəb olmayacaq.

Kremlin və Rusiyanın əksər əhalisinin nəzərincə, dövlətin Krım və Ukraynanın şərqindəki hadisələrlə bağlı əməlləri qeyri-qanuni deyil və Rusiya ölkənin milli maraqlarının bir hissəsi sayılan "rusları və rus mənşəli ukraynalıları dəstəkləmək" kimi qanuni bir mövzu ilə bu məsələyə dəxalət etmişdir.

Şərqi Avropada Rusiya və qərbin toqquşması mümkünlüyünü tamamilə rədd etmək olmaz. Çünki NATO indiyə kimi Şərqi Avropada daşındırıcı baza yarada bilməyib və onun müdafiə tədbiri təkcə region ölkələri ilə ortaq bir neçə kiçik həcmli və təsirsiz manevrlərdən ibarət olub. Təəccüblü deyil ki, Rusiya ilə ortaq sərhədlərə malik NATO üzvü olan bir neçə ölkə Rusiya tərəfindən mümkün işğal və hücüm planı ilə qarşılaşmaq üçün müstəqil proqramlar hazırlayırlar. Çünki onların Atlantik Müqaviləsinin gücünün qalacağına, xüsusilə də Barak Obamanın gücünə inamları zəifləmişdir.

Digər tərəfdən də Moskva NATO ilə adi bir müharibəyə girməyə hazır deyil. Çünki Rusiyanın gəlirlərinin azalması Rusiya ordusunun moderinləşdirməsini gecikdirəcək. Amma qəti olan budur ki, Rusiya güclü casusluq, kiber hücumlar, seperatçi hərəkətlər, təxribat əməlliyyatlarına qarşı "xüsusi əməliyyat" proqramı çərçivəsində hazırdır.

Ramin Nədimi

  • Yazılıb
  • da (də) 2015 Jan 21