Tarix : 2015 Jan 22
Kod 45326

İran və Rusiya müdafiə nazirləri hərbi razılaşma imzalayıblar

İran və Rusiya müdafiə nazirləri S 300 raket qurğuları barədə razılaşma əldə ediblər

AranNews - İran və Rusiya müdafiə nazirlərinin ölkəmizin Müdafiə Nazirliyində aparılan müzakirələrin nəticəsində hərbi razılaşma imzalanıb.  İran İslam Respublikasının müdafiə naziri general-mayor Hüseyn Dehqan və Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən imzalanmış razılaşma sənədində terrorçuluq, seperatçılıq, radikallıqla mübarizə, hər iki ölkənin maraqlarının qorunması, regionda sülh və təhlükəsizliyin təmini üçün ikitərəfli əməkdaşlığı artırmağa və genişləndirməyə təkid olunur.

İran və Rusiya müdafiə nazirləri həmçinin S 300 raket qurğuları barədə problemin aradan qaldırılması barədə də razılaşma əldə ediblər.

  • Yazılıb
  • da (də) 2015 Jan 22