Tarix : 2015 Feb 25
Kod 45462

Azərbaycan NATO kalibrli avtomatın istehsalına başlayır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb.



AranNews,
“AzeriDefence” saytina istinadən xəbər verir ki, sərgidə avtomatın iki nümunəsi – standart rəngdə və kamuflyajda nümayiş olunub .
NATO 5.56x 45 mm çaplı avtomat 6 pilləli tənzimlənən qundağa,kollimatora, lülə üzərində piccatini relsinə və şəffaf darağa malikdir. MSN mütəxəssislərinin sözlərinə görə, avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır .
Artıq silahın ilkin nümunələri jazırlanıb və aprel ayında sınaqlarına başlanacaq. Avtomatın 2016 -cı ildən seriyalı istehsalına başlanması nəzərdə tutulur .

  • Yazılıb
  • da (də) 2015 Feb 25