Tarix : 2015 Feb 28
Kod 45483

Azərbaycan Respublikasında müstəqil jurnalistlər hakimiyyət tərəfindən həqiqətə uyğun olmayan cinayət işləri ilə ittiham edilirlər

Azərbaycan Respublikasında müstəqil jurnalistlər təhdid, hörmətsizlik və ya sərt rəftarlara məruz qalırlar

Arannews –  Beynəlxalq Amnistiya Təşkilatının hesabatında deyilir: 2014-cü ildə ən azı 6 nəfər insan haqları fəalı Azərbaycan Respublikasında həbs edilib və insan haqları sahəsində fəal olan bir neçə təşkilat da bağlanıbdır. Bu məlumata əsasən Azərbaycan Respublikasında müstəqil jurnalistlər təhdid, hörmətsizlik və ya sərt rəftarlara məruz qalırlar və hakimiyyət tərəfindən həqiqətə uyğun olmayan cinayət işləri ilə ittiham edilirlər. Son bir ildə etiraz aksiyalarının keçirilməsi məhdudlaşıb və çox zamanlar işgəncə və kobud rəftarlar haqda məlumatlar çatdırılır. Bu məlumatda insan haqlarının müxtəlif bölmələrində birgə azadlıqlar, vicdan azadlığı, qeyri-hökumət təşkilatlarına qarşı təzyiqlər, söz və ifadə azadlıqları, sərbəst toplaşma azadlıqlarında məhdudiyyətlər və təzyiqlər, işgəncələr və kobud rəftarlar elan edilibdir.

  • Yazılıb
  • da (də) 2015 Feb 28