Tarix : 2015 Mar 02
Kod 45490

Süleyman şahın nəşinin qalıqları niyə köçürüldü? Süleyman şah Ərdoğan və PKK-nın qovşaq nöqtəsi

demək olar, elə də gözlənilməz deyil ki, yaxın gələcəkdə Suriya kürdləri və Türkiyə arasında yeni razılaşmaların, daha dərin və qarşılıqlı anlaşmaların şahidi olacağıq və yenə praqmatizm, simvolizm və digər mümkün mövzularda bir-birlərilə əməkdaşlıq edəcəklər.

AranNews- İraq, Suriya, Türkiyə kürdlərinin və Türkiyə dövlətinin çoxlu keçmiş ixtilafları, qarşıdurma və müharibələri vardır. Bununla belə türklərlə kürdlər öz siyasi və partiya davranışlarında simvolik hərəkətlərə dəyər vermiş və ona qarşı xüsusi sayğılarını göstərmişlər. Heç də  təəccüblü deyil ki, bu ortaq nöqtə həm Məsud Barəzaninin rəhbərlik etdiyi İraq Kürdüstanın Demokrat Partiyasında, həm də Abdullah Öcalanın başçılıq etdiyi PKK və onun Türkiyə və Suriyadakı qanadlarında da mövcuddur. Eyni zamanda Əhməd Davudoğlunun başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasında da eyni sayğı müşahidə olunur. Hər iki tərəfin eyni yanaşdığı digər bir mövzu yeni marağın yaranması əsasında praqmatizm, marağa dəyər vermək və mövqe dəyişkənlidir. Ona görə də əgər biz osmanlıların ulu babası Süleyman şahın nəşinin qalıqlarının köçürülməsi mövzusunu maraq və praqmatik yönümdən araşdırmaq istəsək bu nəticələrə gələ bilərik :
1. Ədalət və İnkişaf Partiyasının başçılıq etdiyi dövlət milli və tarixi simvollara xüsusi əhəmiyyət verir və yaxşı bilir ki, Süleyman şah məqbərəsi İŞİD tərəfindən dağıdılacağı surətdə milliyyətçilər, mahafizəkarlar, solçular və Türkiyənin bütün siyasi və ictimai qurumları bir cəbhədə birləşərək dövlətə qarşı yekdil nəzərə çatacaqdılar, dövlətin siyasi və təhlükəsizlik rəhbərlərini bacarıqsızlıqda ittiham edəcəkdilər. Həmin məsələ də bu ilin iyun ayında keçiriləcək seçkilərə öz təsirini göstərə bilərdi. Üstəlik, belə bir mövzu sosial psixologiya baxımından digər xas nəticə və problemlər yarada bilərdi. Ona görə də Türkiyə belə bir inanca yetişdi ki, nəyin bahasına olursa-olsun, belə bir hücumun qarşısını almaq üçün lazımı müdafiə tədbirləri görmək lazımdır. Onlar yezidilər bölgəsinin işğalında kürdlərin acı təcrübələri hadisələrinin yaxından şahidi oldular. Həqiqət budur ki, təkfirçi İŞİD terrorçuları tərəfindən Şanqalın işğalı, 1500-dən yuxarı yezdi kürdü olan qadın və qızların əsir düşməsi və onlara təcavüz olunması kürdlərə dəhşətli psixoloji təsir qoydu. Əgər bu hadisədən sonra İŞİD və peşmərge qüvvələri arasında baş verən döyüşlərdə 1500-dən artıq İraq və Suriya kürd müdafiəçisi canından keçməsəydi ağır ictimai xərclər İraq Kürdüstanı İqliminə hakim partiyanın (İraq Kürdüstanının Demokrat Partiyası) yaxasından yapışacaqdı.
2. Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan öz çıxışlarında bir neçə dəfə Suriya Kürd Demokratik Birlik Partiyasını (PYD) terrorçu adlandırıb. Lakin ABŞ bu mövzuya Türkiyədən fərqli yanaşır və Suriya PKK təşkilatlarını terrorçu kimi tanımır. Digər bir tərəfdən Demokratik Birlik Partiyasının iki liderindən biri olan Asiye Abdullah kürdlərə məxsus qadın paltarında və Suriya Kürd Müdafiəçiləri komandiri Nəsrin Abdullah suriyalı çerik kürd qadınlarına məxsus paltarda Yelisey sarayında Fransa prezidenti tərəfindən qarşılandılar. Onlar bu görüşdə iki simvol kartından isifadə etdilər: birincisi, kürd geyimindən istifadə etməklə beynəlxalq diplomatik səhnədə öz kürd kimliklərinə qanuni hüquq verməyə çalışmaq; ikincisi, bu görüşü və bunun kimi əlaqələri Suriyanın şimalında Kürdlər Muxtar Hökumətini və kürdlər məskunlaşmış üç bölgə olan Cəzirə, Efrin və Kubanidə muxtar vilayətlərini qanuni etmək üçün xüsusi kart almağa çevirmək.
3. Süleyman Şahın Türbəsi Manbic bölgəsində dağıdıldı və osmanlıların ulu babasının qəbri Türkiyəyə deyil, Türkiyə sərhədindən 200 metr məsafədə olan Suriyanın kürdlər yaşayan Eşmə kəndinə köçürüldü. Başqa sözlə, Türkiyə irs və kimliyinin bir hissəsi Türkiyə prezidentinin bir neçə gün əvvəl terrorçu adlandırdığı kürdlərin yanında əmanət qoyuldu.
Davudoğlu bu barədə açıqlama verərkən deyib ki, qabaqkı türbədə Türkiyə bayrağının enməsi ilə eyni zamanda yeni məkanda bayrağımız dalğalandı ki, Türkiyənin milli simvolu vətəndən uzaq ərazimizdə bir an da olsun, gözdən uzaq qalmasın.
Kürd xalq müdafiə bölmələri (YPG) adlanan Suriya kürd müdafiəçiləri komandirləri bəyanat yayaraq bildirdilər ki, bu əməliyyatda Türkiyə ilə əməkdaşlıq edilib. Bu dəqiq həmin nöqtədir ki, yeni maraqlar əldə etmək üçün praqmatizm və səy türkləri və kürdləri bir araya gətirir və bir daha göstərir ki, yeni balans və tarazlıq yaratmaq üçün "terrorçu" ifadəsini asanlıqla xatirələrdən silmək olar.
Türkiyə dövləti bir neçə il öncəyə kimi İraq kürd partiyaları başçılarından razı deyildi və onları rəsmi olaraq tanımırdı. Lakin hal-hazırda Ərbil və Ankara arasında siyasi, təhlükəsizlik və iqtisadi əməkdalıqlar mövcuddur, kürd peşmərge qüvvələri başçıları Türkiyə zabitləri tərəfindən təlimləndirilir.
Bu üzdən demək olar, elə də gözlənilməz deyil ki, yaxın gələcəkdə Suriya kürdləri və Türkiyə arasında yeni razılaşmaların, daha dərin və qarşılıqlı anlaşmaların şahidi olacağıq və yenə praqmatizm, simvolizm və digər mümkün mövzularda bir-birlərilə əməkdaşlıq edəcəklər .

Qaynaq: "Diplomasiyi İrani", Məhəmməd Əli Dəstmali .

  • Yazılıb
  • da (də) 2015 Mar 02