Tarix : 2015 Mar 04
Kod 45500

“Qəm evi” sərgisi izləyicilərin ixtiyarına verilib

Sərgidə Xanımın evi, namaz qıldığı mehrab və digər səhnələr mövcuddur

Arannews -  "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin "Nərgiz" Qadınlar Cəmiyyətinin təşkil etdiyi "Qəm evi" adlı sərgisi bu Dünəndən izləyicilərin ixtiyarına verilib .

Bu günlər həzrəti xanım Zəhranın (ə) şəhadət günləridir. Xanım Zəhranın (ə) müsibətli həyatından bəhs edən sərgi Dünən saat 15:00-dan açıq elan edilib. Sərgidə Xanımın evi, namaz qıldığı mehrab və digər səhnələr mövcuddur .

Sərgi Şəhriyar adına Mədəniyyət Mərkəzində təqdim olunub .

Sərgi mart ayının 5-ə qədər davam edəcək.

  • Yazılıb
  • da (də) 2015 Mar 04