İki ölkə nazirlərinin qarşılıqlı olaraq Tehran və Bakıya səfərlərində ticarət, tranzit və enerji iqtisadi sahələrində razılaşmaların reallaşdırılması, ekstremizm və terrorçuluq kimi regional təhdidlərin araşdırılması, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün məsləhətləşmə, turizm və mədəniyyət sahələrində iki ölkənin petensiallarında istifadə Xarici İşlər nazirinin Bakıya səfərinin məqsədlərindən idi
Məhəmməd Cavad Zərifin səfəri İran Xarici İşlər nazirinin qonşu ölkələrə səfərləri proqramı çərçivəsində baş tutmuşdur. Azərbaycan Respublikası son illər ərzində İranla yaxşı münasibətlər yaratmışdır. Zərif bu ölkəyə səfərində İranın Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazır olduğunu bildirdi.
AranNews
- Ölkəmizin Xarici İşlər nazirinin Azərbaycan Respublikasına səfəri hansı məqsədlə baş tutmuşdur?
Pakayin: - İki ölkə nazirlərinin qarşılıqlı olaraq Tehran və Bakıya səfərlərində ticarət, tranzit və enerji iqtisadi sahələrində razılaşmaların reallaşdırılması, ekstremizm və terrorçuluq kimi regional təhdidlərin araşdırılması, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün məsləhətləşmə, turizm və mədəniyyət sahələrində iki ölkənin petensiallarında istifadə Xarici İşlər nazirinin Bakıya səfərinin məqsədlərindən idi.
Ölkəmizin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Bakıya səfərində Azərbaycan Respublikasının ali məqamlı rəsmiləri ilə o cümlədən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə müxtəlif sahələrdə əməkdaşlıqların genişləndirilməsi mövzusunda müzakirələr apardı. Hər iki tərəf İran-Azərbaycan münasibətlərində ötən bir il yarım müddətində nəzərə çarpan inkişafın olduğunu bildirdilər və iki ölkə rəsmilərinin ali və nazirlik səviyyəsində qarşılıqlı olaraq Tehran-Bakı səfərlərinin 20-dən artıq olmasını münasibətlərin genişlənməsinin təsdiqi olduğunu vurğuladılar.
- Bu səfərin hansı nəticələri oldu?
Pakayin: - Ekstremizm və terrorçuluqla mübarisə sahələrində İran və Azərbaycan mötədil və orta İslama diqqət etməyin zəruriliyinə təkid etməklə vurğuladılar ki, bu təfəkkür ekstremizm və terrorçuluğun artmasının qarşısını ala bilər, üstəlik İslam və müsəlmanların gözəl çöhrəsini bütün dünyaya tanıda bilər, onların mədəniyyət və inkişafını layiqincə nümayiş etdirlə bilər.
Əməkdaşlığın daha da genişlənməsi üçün energetika, iqtisadiyyat, tranzit, əsasən də elektrik sənyesi sahələrində iki ölkə arasında mövcud olan potensiallardan istifadə etmək barədə razılaşmalar bu səfərin nəticələrindən hesab olunur. Nəqliyyat infrastrukturunun inkişafına daha artıq diqqət yetirmək, hər iki ölkənin Rəşt-Astara dəmir yolunun tikintisinin tamamlanması üçün hər iki ölkənin çalışmaları gündəlikdə yer tutdu və bu layihənin maliyyə təmini üçün qərarlar qəbul edildi.
- Cənab Zərifin Azərbaycana səfərində hansı mövzular izlənildi?
Pakayin: - Xəzər dənizinin dostluq və əməkdaşlıq hövzəsi olaraq İran və Azərbaycanın bu hövzədə birgə əməkdaşlıq və maraq əsasında hərəkət etmələri qərarlaşdı. İran gələn ay (mart) Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuş Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin növbəti görüşündə fəal iştirak edəcək. Görüşlə yanaşı Xəzərin hüquqi statusunun müəyyənləşməsində müsbət nəticə əldə etmək üçün İran və Azərbaycan nümayəndələrinin iki tərəfli görüşlərinin baş tutması nəzərdə tutuldu.
Beynəlxalq və neçətərəfli münasibətlər mövzusunda İran, Azərbaycan və Türkiyə iqtisadi sahələrdə üç tərəfli əməkdaşlığı qərara alındı.
Qarabağ münaqişəsi barədə regionda sabitliyə nail olmaq, bütün problemlərin danışıqlar və dinc yolla həlli, beynəlxalq hüquqlara və ərazi bütövlüyünə hörmətlə yanaşmaq üçün İran İslam Respublikasının baxışına diqqət etməklə İran Xarici İşlər naziri münaqişənin həll edilməsi məqsədilə vasitəçilik etmək üçün lazım olan surətdə ölkəmizin bu vəzifəni öhdəsinə almağa hazır olduğunu bildirdi.
Habelə, Azərbaycan Respublikasına beynəlxalq səviyyədə İranın dinc nüvə proqramını dəstəklədiyi üçün təşəkkür olundu.
- Bu səfərin iki ölkə münasibətlərinə hansı təsirləri olacaq?
Pakayin: - Bu səfər İranın regional rolunun güclənməsinə səbəb oldu. Regional münaqişələrin həllində İranın təsirinin dəyərini və regional təhididlərlə mübarizədə İranın Azərbaycanla əməkdaşlığına iradəsini göstərdi. İranın Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan ölkələri ilə regional əməkdaşlığı göstərdi ki, İranın Qafqaza strateji baxışla baxır və bu regionun ölkələri ilə münasibətləri gücləndirmək niyyətindədir.