Tarix : 2015 Mar 08
Kod 45529

Ərdoğanın Səudiyyə Ərəbistanına səfər etməsində məqsədi nədir?

Arannews - Bir zamanlar İslam xilafətinin yarandığı ölkələrdən olmuş və müxtəlif dövrlərdə əhli-sünnə dünyasına rəhbərliyi ələ almış Ərəbistan və Türkiyə, İslam İnqilabı edərək özünü İslam ölkələrinə örnək kimi tanıdan İran İslam Respublikasının qarşısında dayanmağa və bunun üçün təsirli rol oynamağa çalışırlar. Bu arada Türkiyə dövlətinin İxvani-müslimin qruplarına dəstək olması üzündən Türkiyə və Ərəbistan arasında çoxlu ixtilaflar mövcuddur. B ixtilaflar Türkiyə dövlətinin Mursini və onun dövlətini general Sisi qarşısında dəstəkləməsində özünü göstərmişdir.

Bu günlərdə Türkiyənin prezidenti Ərdoğan Səudiyyə Ərəbistanının kralının ölümündən sonra iki ölkə arasında yeni fəsil yaratmaq məqsədilə bu ölkəyə səfər etmişdir.  

Bu günlərdə Yaxın Şərqi özünə məşğul edən digər bir məsələ Yəməndə Ənsarullah Hərəkatının ildırım kimi qələbəsidir. Bu hərəkatın hökuməti ələ alması ilə Səudiyyə Ərəbistanı özündə zəiflik hiss edir. Digər tərəfdən də Osmanlı İmperiyasının şöhrətini qaytarmaq ardınca olanTürkiyə beynəlxalq məsələlərdə aktiv iştirak etməyə çalışır.

Yəməndə şiə məzhəbli qüvvələrin iş başına gəlməsi Türkiyə və Ərəbistanın bir-birinə yaxınlaşmasına daha çox kömək edir.

Neçə illərdir ki, beynəlxalq diqqət mərkəzində olan və bu günlərdə nüvə proqramına görə adı daha çox hallanan İran da Türkiyə və Ərəbistan rəsmilərinin müzakirə mövzusu olmuşdur.

İran və Türkiyə arasında Suriya məsələlərinə görə ciddi ixtilafar vardır. Səudiyyə Ərəbistanı da Türkiyə kimi Bəşər Əsəd dövlətinin devrilməsini istəyir və Suriya əleyhinə olan terrorçuları və müxalifəti dəstəkləyir. İraqda baş verən hadisələrin ardınca İŞİD-in Ərəbistan əleyhinə fəaliyyətləri təhlükəsi xəbəri yayılsa da Türkiyə dövləti bu terror qrupu ilə xüsusi münasibətlərindən istifadə edərək problemlərin bir qismini aradan qaldıra bilər.

Digər tərəfdən İran İslam Respublikasının güclənməsi prosesi və İranın yeni dövründə yaranmış durğunluq Türkiyə  və Ərəbistanı onların qonşuluğunda olan İranın qarşısında dayanmaq və onu kənarlaşdırmaq üçün bir-birilə əməkdaşlıq etməyə və qarşılıqlı anlaşmalarını artırmağa təhrik edir.

Türkiyənin mövqe və hərəkətlərinə diqqət etdikdə ümumi olaraq, bu ölkənin nostalji Osmanlı Xilafəti hakimiyyətini, Türkiyənin gücünü və rolunu diriltmək istəməsi görünür. Türkiyə və Ərəbistanın bu yolda İran İslam Respublikası adlı ciddi bir maneəsi vardır və onlar bir-birləri ilə koalisiya yaratmayınca uğur qazana biləcəklərini demək olmaz.

  • Yazılıb
  • da (də) 2015 Mar 08