Tarix : 2008 May 06
Kod 4553

Bir gündən sonra Putinin prezidentlik müddəti bitir

Rusiyalıların əksəriyyəti prezident Vladimir Putinin 8 illik hakimiyyətini ölkə üçün nailiyyətlər ili kimi qəbul edirlər
Russia Servisi/Aran Agentliyi
Rusiyalıların əksəriyyəti prezident Vladimir Putinin 8 illik hakimiyyətini ölkə üçün nailiyyətlər ili kimi qəbul edirlər.
Bunu aparıcı sorğu agentliklərindən "İctimai rəy" fondunun apardığı son tədqiqat göstərib.
Xatırladaq ki, 1 gündən sonra Vladimir Putinin prezident səlahiyyətlərinin müddəti bitir.
Prezident Vladimir Putinin səlahiyyət müddətinin bitməsinə və yeni prezidentin andiçmə mərasiminə 3 gün qalmış "İctimai rəy" fondu Putin səkkizilliyinə əhalinin münasibətiylə bağlı öz geniş tədqiqatının nəticələrini dərc edib.
Fondun sorğusunda iştirak etmiş respondentlərin 78 faizi Vladimir Putinin hakimiyyət illərini nailliyyətlər dövrü kimi qəbul edir.
8 faiz respondentin zənnincə isə son 8 il ərzində ölkə geriləyib.
Birbaşa Vladimir Putinin özünə münasibətə qaldıqda isə 47 faiz respondent bildirib ki, son illər ərzində onların prezidentə münasibəti yaxşılaşıb, rəyi soruşulanların 41 faizi isə bildirib ki, bu illər ərzində onların Vladimir Putinə münasibəti dəyişməyib.
Respondentlər qarşısında 8 il ərzində bəs Vladimir Putinin özü dəyişibmi sualı qoyulmuşdur və burada ən çox eşidilən çavablar, o bu illər ərzində daha sərt, daha qətiyyətli, daha tələbkar olub cavablarıydı.
Habelə Vladimir Putinin vəzifədən getməsinə münasibət də aydınlaşdırılıb. Respondentlərin 67 faizi bu işdən heç bir narahatlıq keçirmir, 21 faiz prezident dəyişikliyini həyacanla qəbul edir.
Müşahidəçilərin zənnincə, rusiyalıların Vladimir Putinin Kremli tərk etməsinə rahat yanaşması hazırkı prezidentin dərhal baş nazir təyin ediləcəyi faktıyla bağlıdır.
Yəni Vladimir Putin uzağa getmir. Maraqlıdır ki, hazırkı prezident vəzifəsini görünməmiş etimad reytinqiylə tərk edir, son sorğulara görə, onun reytinqi 85 faizə yaxındır və o yeni seçilmiş prezident Dmitriy Medvedevi xeyli qabaqlayır.
İndi bir çoxları Vladimir Putinin baş nazirliyini gözləyir, Kremlin rıçaqlarından bir qədər məhrum olmuş və ümumən təsərrufat vəsifəsi olan baş nazir kürsüsündə cənab Putin öz hazırkı populyarlığını saxlaya biləcəkmi?
 
  • Yazılıb
  • da (də) 2008 May 06