Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin matəm mərasimi hər il olduğu kimi bu ildə Ali Lider Ayətullah Seyyid Əli Xameneinin iştirakı ilə 5 gün müddətinə keçirilir.

AranNews- bu mərasim cəmadiüssani ayının 2 -dən 6 -a qədər (23-27 mart) məğrib və işa namazlarından sonra Tehranın İmam Xomeyni (rə) hüseyniyyəsində keçiriləcək .
Sabah çərşənbə axşamı, 4 fərvərdin 1394 -cü günəş ili, 3 cəmadiüssani 1436 -cı hicri qəməri ili, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı və dünya şiələrinin 1 -ci imamı Həzrət Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür .
İslami İran xalqı fəzilət, ismət və iffət örnəyi olan Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü gecəsində matəmə qərq olub .
Pak Əhli-Beyt (ə) vurğunları məscidlər, hüseyniyyələr, dini məkanlar, eləcə də Müqəddəs Məşhəd şəhərində dünya şiələrinin 8 -ci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahı, Qum şəhərində Həzrət Məsumənin (s.ə) ziyarətgahında Peyğəmbərin əziz qızı Həzrət Fatiməyə (s.ə) göz yaşı axıdırlar .
Həzrət Fatimə Zəhra (s.ə) besətin 5 -ci ili cəmadiüssani ayının 20 -də Məkkə şəhərində dünyaya göz açmışdır. Həzrət Fatimə (s.ə) uşaqlıqldan atası İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) bələdçilikləri əsasında ilahi maariflə tanış olmuşdur .
Həzrət Fatimə Zəhra (s.ə) 18 il yaşadıqdan sonra o dövrün hakimlərinn çoxlu zülmləri və atasının vəfatının qəm-kədəri nəticəsində hicri qəmərinin 11 -ci ilində - bir rəvayətə görə 13 cəmadiüləvvəl, digər bir rəvayətə əsasən 3 cəmadüssanidə şəhid edildi .
AranNews agentliyi, Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü gününün gəlib çatması ilə bağlı bütün müsəlmanlar və dünyanın azadlıqsevərlərinə başsağlığı verir .