NATO-ya üzv və NATO ilə əməkdaşlıq edən bir neçə ölkədən olan min hərbçinin iştirakı ilə keçiriləcək həmin manovr NATO-nun cənubi Qafqazdakı ən böyük hərbi tədibiri olacaq
Armenia Servisi/Aran Agentliyi
Şimali Atlantika Alyansı NATO Ermənsitanda hərbi təlim keçirəcəyini bildirib .
NATO-nun İrəvandakı informasiya mərkəzi bazar ertəsi günü bu xəbəri yayaraq bildirib ki , NATO qüvvələrinin həmin hərbi təlimi 2008-ci il sentyabr ayında Ermənistanda keçiriləcək.
NATO-ya üzv və NATO ilə əməkdaşlıq edən bir neçə ölkədən olan min hərbçinin iştirakı ilə keçiriləcək həmin manovr NATO-nun cənubi Qafqazdakı ən böyük hərbi tədibiri olacaq.
May ayının ortalarında həmin manevrin planlaşdırma tədbirinin də Ermənistan paytaxtı İrəvanda keçiriləcəyi qərara alınıb .
Qeyd edək ki , Az. R. son illər ərzində NATO-ya üzv ölkələrinə bir çox imtiyazlar verib . Lakin buna baxmayaraq NATO-ya üzv olan ölklər rəsmi Bakının umduqlarının tam əksinə Ermənistanla yaxın əlaqədə olub onu dəstəkləyiblər . Buna dəlalət edən nümunələr sırasında sözü gedən tədbirdən əlavə 2005-ci milad ilində Az. R-də keçirilməli olan tədbirini boş bəhanlələrlə ləğv etməsini misal göstərmək mümkündür.