Tarix : 2015 Apr 08
Kod 45677

Akif Heydərli : diktator Səudiyyə Ərəbistanı rejimi islam dünyasında İslami Oyanışdan qorxuya düşüb

Hacı Akif Heydərli : Müstəbid və diktator Səudiyyə Ərəbistanı rejimi islam dünyasında İslami Oyanışdan qorxuya düşüb və bu hərəkəti ilə öz hakimiyyətinin mənafeyi və təhlükəsizliyini təmin etmək ardıncadır

Arannews -  Azərbaycan İslam Partiyasının siyasi məsələlər üzrə sədr müavini deyib: Ərəbistan müsəlman Yəmən ölkəsinə təcavüz etməklə öz təhlükəsizliyini təmin edə bilməyəcək.

Akif Heydərli Səudiyyə Ərəbistanı rejiminin müsəlman və şiə Yəmənə qarşı cinayətkar hərəkətləri və günahsız insanları qırğın etməsinə toxunaraq deyib: Müstəbid və diktator Səudiyyə Ərəbistanı rejimi islam dünyasında İslami Oyanışdan qorxuya düşüb və bu hərəkəti ilə öz hakimiyyətinin mənafeyi və təhlükəsizliyini təmin etmək ardıncadır. Lakin nəticəyə çatmayacaq .

Qəsbkar sionist rejimin işğal olunmuş Fələstində müsəlman və ərəbləri vəhşicəsinə qırğın etməsinə toxunan Heydərli əlavə edib: Səudiyyə Ərəbistanı niyə İsrailin bu hərəkətlərinin qarşısını almaq üçün addım atmır?

  • Yazılıb
  • da (də) 2015 Apr 08