General Yuri Balviyefski Vaşinqtonun İranın raket hədəsi adlandırdığı şeyi gülünc hesab edərək belə bir ifadənin yalnız amerikalıların maraqlarına xidmət edən ifadə olduğunuda vurğulamışdır
Russia Servisi/Aran Agentliyi
Rusiya ordusu baş qərargahının rəsisi Amerikaya kəskin xəbərdarlıq edərək bildirib ki , Moskva , Vaşinqtona İranı bəhanə edərək Şərqi Avropada Raket Əleyhinə Müdafiə sistemləri yerləşdirmə icazəsini verməyəcək.
İzvestiya qəzetinin yazdığına görə , General Yuri Balviyefski Vaşinqtonun İranın raket hədəsi adlandırdığı şeyi gülünc hesab edərək belə bir ifadənin yalnız amerikalıların maraqlarına xidmət edən ifadə olduğunuda vurğulamışdır .
Balviyefski əlavə olaraq deyib : Amerika nüvə texnologiyasına malik olan İranı hədə hesab edir halbu ki , iranlılarla bu sahədə əməkdaşlıq edən tərəf ruslardır və Moskva Tehranın nüvə fəaliyyətlərində heç bir yayınmanın olmadığına əmindir .
Rusiyalı hərbi rəsmi təkidlə bildirib ki , Amerikanın RƏM sistemlərinin Şərqi Avropada yerləşdirilməsi ilə bütövlükdə Avropanın təhlükəsizliyi ciddi təhlükə ilə üzləşəcək.