Tarix : 2015 Apr 15
Kod 45708

Azərbaycan prezidentinin Ərəbistana son səfərinə baxış

Avropa Olimpiya Oyunlarının birinci turuna ev sahibliyi etməyə hazırlaşan Azərbaycan dövləti bu günlərdə neftin qiymətinin kəskin dərəcədə aşağa düşməsinin və ölkənin milli pulunun dəyərinin 35% enməsi ilə üzləşdiyindən 2015-ci il 12 iyundan 17-dək keçiriləcək Avropa oyunlarının ağır xərclərini təmin etmək üçün çarə yolu axtarır.



AranNews-
Bu oyunların ağır xərclərinin hamısı Azərbaycan dövləti tərəfindən o zaman qəbul edilmişdi ki, neftin qiymətinin 100 dollardan yuxarı olması ona bu imkanı verirdi. Amma neftin qiyməti o günlərin qiymətindən çox aşağı enib, Azərbaycan da 18 idman kompleksi tikməli və yarışların baş tutması üçün digər lazım olan infrastrukturları həyata keçirməlidir ki, 68 min nəfərin toplaşması mümkün olan 500 milyon dollara başa gələn milli stadionun tikilməsi bu xərclərin bir nümunəsidir. Halbuki, dövlət ölkənin illik xərclərini, infrastrukturların təkmilləşdirilməsi və müsabiqənin keçirilməsinin təmini üçün çətin günlər yaşayır. Ona görə də Bakıda dövlət əleyhinə iqtisadi şüarlarla bir neçə aksiya keçirilməsindən əlavə, Avropa ölkələrinin öz milli komandalarını bu oyunlara qatmaması barədə də söz-söhbətlər dolaşmaqdadır. Bu məsələ də Bakıda təzə açılışı olmuş olimpiya stadionunun texniki problemləri kimi bir sıra öz təsdiqini tapmamış xəbərlərlə dövləti yeni probelmlərlə üzləşdirir və olimpiya oyunlarının layiqincə keçirilməsi üçün Bakının özünə yeni maliyyə qaynaqları tapmasına məcbur edir .
Belə bir durumda Azərbaycan prezidentinin Ərəbistana səfər etməsi, bu ölkənin neft və iqtisadiyyat nazirləri və İslam İnkişaf Bankının müdiri ilə görüşməsi və onlardan neft bazarının taleyi barədə maraqlanması və s. belə düşünməyə əsas verir ki, çox güman ki, Azərbaycan dövləti Avropa oyunlarının xərclərini təmin etmək üçün Ərəbistanın siyasətlərinə, yaxud köməklərinə güvənir. Cənab İlham Əliyev belə ümid edir ki, Ərəbistan padşahını neft barədə siyasətlərini dəyişdirmək və neftin qiymətinin qaldırılmasına razı salmaqla, yaxud Ərəbistandan birbaşa, ya vasitəylə maliyyə yardımları almaqla Azərbaycanın büdcə kəsrinin əvəzini çıxsın və Avropa oyunlarını da qabaqcadan verdiyi vədləri əsasında həyata keçirsin.
Sözsüz ki, Ərəbistanın Yəməndə törətdiyi rəhimsiz qırğınlarını və hərbi əməliyyatlarının dəstəklənməsi üçün regional və beynəlxalq dəstəyə ehtiyacı olduğu bir durumda Azərbaycanın maddi ehtiyaclarından sui-istifadə etməyə çalışacaq və bu dövləti hərbi əməliyyatlarda iştirak etməyə, ya da ən azından Yəmənin məzlum xalqının öldürülməsi üçün Ərəbistanın hərbi əməliyyatlarını dəstəkləməsinə məcbur edəcək.
Bu mövzunun əlamətləri Azərbaycan XİN-nin sözçüsü Hikmət Hacıyevin 31 martda APA-ya verdiyi açıqlamada özünü göstərir. Bu dövlət rəsmisi Bütün Qafqazın şeyxi Hacı Allaşükür Paşazadənin Ərəbistanın və bəzi ərəb ölkələrinin Yəmənə hərbi hücumuna qarşı mövqeyini şəxsi nəzər adlandırdı və Azərbaycan dövlətinin mövqeyini əks etdirmədiyini bildirdi.
Yuxarıdakı mövqeyi və İlham Əliyevin Ərəbistan padşahı tərəfindən səmimi, hətta diplomatik rəsmi qaydadan üstün qarşılandığı Riyaza rəsmi səfərini Bakının Ərəbistanın Yəmən əleyhinə hərbi əməliyyatlarının dəstəklənməsi və başqa sözlə Bakı-Riyaz münasibətlərinin yenidən möhkəmlənməsi bilsək, onda Azərbaycanda iki hadisə baş verə bilər və onların hər biri ölkənin siyasi və ictimai sabitliyi üçün köklü problemlər yarada bilər.

Gözlənilən hadisələr bunlardır:

Birinci: Şiə Azərbaycanı və vəhabiliyi yayan Ərəbistan arasında münasibətlərin möhkəmlənməsi. Bu da istər-istəməz Azərbaycanda vəhabiliyin güclənməsinə gətirib çıxaracaq. Necə ki, azəri medialar, o cümlədən Gundemxeber qəzeti 2015 -ci il aprelin birində yaydığı xəbərdə Azərbaycanda vəhabilərin ötən beş il ərzində 100% artmasını və onların sayının 70 min nəfərə çatdığını qeyd edib. Üstəlik, hazırda Bakı dövləti azərbaycanlı İŞİD-çilər adlı digər əsaslı bir problemlə də üzləşib və ara-sıra onların Suriyada həlak olmaları, yaxud Suriyada terrorçu qrupların tərkibində döyüşdüyü üçün Bakı dövləti tərəfindən həbs edilərək mühakimə olunmaları xəbəri eşidilir.

İkincisi: Digər bir gözlənilən hadisə budur ki, Ərəbistanın Yəmənə qarşı hərbi əməlliyyatlarına Bakının iştirak etməsi, bu kiçik və zəif ölkəni Türkiyənin mövqeyi kimi bir yerdə qərar verə bilər. Halbuki, Türkiyə neçə ildir ki, Suriya dövləti barədə öz səhv hesablamalarının ağır xərclərinin zərərini çəkir və Surayada İŞİD və Ən-Nüsrə terrorçu qruplarını dəstəklədiyi üçün Türkiyənin daxilində dərin ictimai və siyasi çatlarla üzləşib.

Sözsüz ki, Bakının da bu səhnəyə daxil olması ölkəni daha ciddi təhlükələrlə üzləşdirə bilərYuxarıda qeyd olunan iki mövzuya diqqət etməklə iki məsələni xatırlanmasına lüzum duyulur:

1- Ərəbistanın dini ekstremizmin əsas dəstəkçisi və təhlükəli terrorçuların mühüm mərkəzi olduğu halda Azərbaycanın belə bir ölkəyə meyillənməsi və üz tutması İlham Əliyevin Həsən Ruhani ilə diplomatik görüşlərində, o cümlədən sonuncu görüşündə ölkəsinin siyasətlərində ekstremizm ilə mübarizənin lüzumunun yer tutduğunu bildirməsi ilə uyğun gəlmir.

2-  Azərbaycan dövlətinin Avropa oyunlarının yaxşı keçirilməsi üçün maliyyə yardımından yararlanmaq məqsədilə Ərəbistana təmayül ifadə etməsi bir növ qərəz və məqsədə qarşı çıxmaqdır. Yuxarıda da izah etdiyimiz kimi Azərbaycan kimi dini maarifi çox zəif olan bir ölkənin vəhabiliyin əsas mərkəzi sayılan Ərəbistan ölkəsi ilə münasibətlərinin genişlənməsi ölkədə təbii surətdə radikal vəhabi qruplarının güclənməsinə gətirib çıxacaq. Sonra da bu qrupların rəftarlarının Suriya və İraqda göründüyü kimi bu ölkədə də nə qabaqcadan demək və nə nəzarətdə saxlamaq mümkün olmayacaq. Bu da belə bir durumdu Fransa kimi bir ölkənin terrorçu əməliyyatlara qarşı heç bir toxunmamazlığı olmaadığı bir halda Avropa oyunlarının birinci dövrəsinə ev sahibliyi edən bir Azərbaycan üçün bu çox qorxuludur.
Hər halda Azərbaycanın gələcək siyasət və hərəkətləri bu ölkənin xarici siyasət oriyentasiyasını daha çox göstərir. Lakin Azərbaycanın dünyanın ikinci şiə ölkəsi olmasına və İslam Əməkdaşlıq Təşkilatını üzvü olmasına rəğmən ümumi fikrin gözləntisi öz siyasətlərini yeritmək üçün insanları qətlam etməkdən və ölkələri işğal etməkdən çəkinməyən güclərlə əməkdaşlıq etməməkdir. Çünki Azərbaycan özü bu növ siyasətin qurbanı olmuşdur və hal-hazırda torpaqlarının 20% -i erməni işğalı altındadır.
Son zamanlar, xüsusilə də regionda İslam oyanışından sonra İran və Ərəbistan münasibətlərində soyuqluq yaranmasının və İslam oyanışının qarşısını almaq üçün Ərəbistanın Yəmənə hərbi hücumunun ardınca bu soyuq münasibətlərin daha da kəskinləşməsindən sonra Azərbaycanın prezidentinin Ərəbistana vaxtsız səfəri bu ismarcı da verə bilər ki, Azərbaycan İran və Ərəbistan arasında yaranmış bu durumdan istifadə edərək, manevr və müzakirə gücünü artırmaq istəyir. Bu surətdə Azərbaycan İran və Ərəbistan ölkələrinin hər birinə yaxınlaşmaqla üçüncü tərəf kimi çoxlu üstünlüklər kəsb edə bilər .

Yazar: Davud Xoşbəxt

  • Yazılıb
  • da (də) 2015 Apr 15