Qafqaz bölgəsi 400 min km2 dağlıq və gözəllikdə misli görünməmiş bir ərazidə yerləşib
Azerbaijan Servisi/Aran Agentliyi
Kitabın müəllifi:DR.Bəhram Əmirəhmədiyan
Qafqaz bölgəsi 400 min km2 dağlıq və gözəllikdə misli görünməmiş bir ərazidə yerləşib.bu bölgə Xəzər dənizinin qərbi sahillərilə, qərbdən Qara dənizin şərqi sahillərilə, cənubdan İranın şimal-qərbilə, cənub-şərqdən Türkiyə ilə, şimaldan Rusiyanın cənub düzənliklərindəki Kuma-Manıç çuxuru ilə qonşudur.Yazıçı kitabın əvvəlində Qafqaza olan məhəbbətini, uşaqlıq xatirələrini söyləyir.müəllif bunların qeyd etməklə tarixi ölkəyə, İrana, olan eşq və sevgisini göstərir.
Müəllifin bu kitabında müfəssəl bir giriş və 8 fəsil var. Kitabın ilk fəslində Qafqazın tarixi haqqında ümumi məlumat verib.İkinci fəsilində Qafqazın coğrafiyasına aid məlumatlar var.o cümlədən, Qafqazın alçaq-hündür yerləri, iqlim, bitki növləri, geologiya, çaylar və göllər, heyvanlar, meşələr və başqa Coğrafi mövzular haqqında geniş məlumat verib.Üçüncü fəsil Azərbaycan respublikasının coğrafiyasına həsr edib. Bu fəsildə təbii şərait, xüsusiyyətlər, sərhədlər, bitki növləri və Azərbaycan hakimiyyətində olan muxtar respublikaların tarixinə aid məlumat verib. 4-cü fəsil Ermənistanın coğrafiyasına həsr edib və 5-ci fəsli Gürcüstan və onun muxtar respublikaları haqqında yazıb. Kitabın 6-cı fəsli Şimali Qafqaz haqqındadır. Yazıçı bu fəsildə Şimali Qafqazın ümumi coğrafiyası, Dağıstan, Çeçen, İnquş, Şimali Osetiya(Alayna), Qabardin-Balkar, Qaraçay-Çərkəs və Adigə kimi muxtar respublikaların ümumi vəziyyətini və şəraitini və regiyonun coğrafiyası haqqında geniş məlumat verib.
Kitabın 7- ci fəslini"Qafqaz əhalisi"adlı başlıqla başlayıb.burada Şimali və Cənubi Qafqazın insan coğrafiyasını elmi şəkildə araşdırıb. 8-ci fəsildə Qafqaz şəhərlərin adlarını qeyd edib, birinci hissədə Gürcüstanın ikinci hissədə Azərbaycan respublikasının tarixi şəhərləri haqqında məlumat verib.
Müəllif kitabın sonunda mənbələrin siyahısı yazıb.bu mənbələrin 56-sı fars dilində, 23-ü ingilis dilində, 6-sı rus dilində, 32-si türk dilində 34-ü isə elmi məqalədən ibarətdir.
Kitabın xülasəsi:
Qafqaz dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir.Qafqazın arxeologiya tədqiqatları 19-cu əsrdən başlamışdır.Sovet hakimiyyəti dövründə bu tədqiqat daha inkişaf etmişdir.Qafqazda ən qədim arxeoloji qazıntı ibtidai icma düşərgəsi “Şel” dövrünə aiddir. Azərbaycanda “Azıx” mağarası, paleolit dövrünə aid Neandertal insanların sümüklərinə bənzərdir. Bu ehtimal verilir ki, Qafqaz, insanların yaşadığı və tapıldığı bölgədə yerləşmişdir.
Eramızdan əvvəl ikinci minilliyin birinci yarısında “Tereyaltey”mədəniyyəti inkişaf etmişdir.Bu mədəniyyətə aid əsərlər Gürcüstan, Ermənistan və Azərbaycanda tapılmışdır.Tereyalteylər mədəniyyətinə aid tapılmış qəbirlərdəki əşyalar, Qafqaz xalqının yaşam tərzi, sosiyal quruluşu və orta tunc dövründə Kiçik Asiya ilə geniş əlaqələrini göstərir.
Qafqazdakı mövcud antik əsərlər göstərir ki, bu bölgənin özünə məxsus mədəniyyəti var idi.Eramızdan əvvəl ilk minilliyin birinci yarısında, bu zonanın ilk dövləti “Urartu” idi. Sonrakı əsrlərdə Kolxis şahlığı(e.ə 6-cı əsr), Ayrarat şahlığı (e.ə 4-cü əsr) İbriya(e.ə 3-4-cü əsrlər) və başqa dövlətlər zühur etmişdir.Albaniyada(Qafqaz) ehtimal edilir ki, dövlət 3,4-cü əsrlərdə təşkil olunmuşdur.
Skitlər və digər köçəri tayfalar, dəfələrlə Qafqaza hücum etmişdilər. Birinci əsrdə Qafqazı mənimsəmək üçün Sasanilər və Bizans arasında çoxlu müharibələr olmuşdur. Orta əsrlərin əvvəllərində Qafqazın böyük hissəsində feodalizm münasibətləri hakim idi və xristianlıq yayılmışdır.
7 və 8-ci əsrlərdə Qafqaz, müsəlmanlar tərəfindən fəth edildi.Qafqazın bəzi hissələrində (o cümlədən, Şirvan və Dağıstanda) islam dini yayıldı. 9-cu əsrdə Xürrəmilər hərəkatı Azərbaycanda başlandı və Qafqazın digər yerlərinə yayıldı.9,10-cu əsirlərdə Cənubi Qafqazda bir neçə feodal dövlət yaranmışdır.
Şirvanda Məzidilər, Salarilər, Rəvvadilər və Şəddadilər, Ermənistanda Baqratlar və Gürcüstanda Tao-Klarjetilər hökümət etmişdir.11-ci əsrdə Səlcuqilər Şirvana, Gürcüstana və İrəvana hücum etmişdilər.13-cü əsrdə Monqollar Qafqazı fəth etmişdilər və İlxanilər dövlətini yaratmışdılar.
15-ci əsrdə Azərbaycanda Qaraqoyunlular və Ağqoyunlular dövlətləri və Azərbaycanın şimalində “Şirvanşahlar” hökümət etmişdilər. 16-cı əsrdə Azərbaycanda"Səfəvi dövləti"təşkil olmuşdur.Bu zaman Arazın şimali, Şirvanın şimali və Dərbənd, Qarabağ, İrəvan, Naxçıvan və Şərqi Gürcüstan(Karteli-Kaxeti) yenidən İranın hakimiyyəti altında oldular.
Cənubi Qafqaz 16,17-ci əsrlərdə İran və osmanlıların müharibə meydanına çevrilmişdir. 16-cı əsrdə şimali Qafqazda Rusların yaşayış məntəqəsi təşkil olunmuşdur.1556-cı ildə Astraxan xanlığı İvanın vasitəsi ilə dağıdılmışdır. Ondan sonra, Rusiyanın cənubi sərhədləri “Terek” çayına qədər irəli gəlmişdir.Feodallar müharibəsində bəzi feodallar Rusiya dövlətinə tabe olmuşdular(o cümlədən, Kabardinlər 1557-ci ildə Rusiyanın tabeçiliyini qəbul etmişdilər)və bir hissəsi də Rusiyanın qarşısında dayanmışdılar(o cümlədən, Dağıstanda, Şamxal tarğo).
18-ci əsrin əvvəllərində çar Rusiyası cənubda öz stratejik mövqeini möhkəmləndirmək üçün və Orta Asiya və yaxın şərq ölkələrin ticari yollarını ələ keçirmək məqsədi ilə, Qafqazda müstəmləkəçilik siyasətini davam etdirmişdir.1723-cü ildə Piotrin Dərbəndə hücumundan sonra Rus ordusunun başçısı, general Matyuşkin Bakı şəhərini işğal etmişdir.Piotrun fikrincə "Bütün işlərin açarı" Bakı şəhəri idi. General Matyuşkin İranın Gilan və Mazandəran vilayətlərini də işğal etdi, lakin Piotrun ölümündən sonra ordunun başçısı"İmperatrisa Anna"olmuşdur. Onun başçılığı nəticəsində Rusiya bu ərazini əldən verdi və ruslar "Terek" çayının sərhədinə qayıtdılar.