Tarix : 2015 Apr 23
Kod 45758

Hüquq müdafiəçisinə ağır cəza

tanınmış vəkil İntiqam Əliyevə məhkəmədə ağır cəza verilib

Arannews -  Hüquq müdafiəçisi, tanınmış vəkil İntiqam Əliyevə məhkəmədə ağır cəza verilib: 7 il 6 ay! Eyni zamanda, həbsdən sonra 3 il dövlət orqanlarında vəzifə tutmaq səlahiyyətlərindən də məhrum edilib .

İntiqam Əliyev son sözlə çıxış edib. O bildirib: “Təbii ki, hamı kimi mən də azadlıqda olmağımı istəyirəm. Ancaq fikirləşəndə ki, sən azadlıqda, dostun, dostunun övladı həbsdədi, bu adama ağər gəlir. Hec bir halda tutduğum haqlı yolundan çəkinmirəm. Həbs mübarizənin tərkib hissəsidir. 4 aya yaxın davam edən məhkəmə prosesi həbsimin hüquqi deyil, siyasi motivlərlə - vəkillik və ictimai fəaliyyətimlə bağlı olduğunu bir daha sübuta yetirdi .

 

Mənə elan edilmiş ittihamlarla heç bir bağlılığı olmadığı halda vəkil dosyelərimin, şikayət və sənədlərin elektron versiyalarının olduğu kompüterlərin, yaddaş kartlarının, disklərin və s. götürülməsi, istintaq başa çatandan sonra da qaytarılmaması həbsimin həm də vəkillik fəaliyyətimlə bağlı olduğuğunu təsdiqləyən çoxsaylı faktlardan biridir .

İ. Əliyevə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunub

  • Yazılıb
  • da (də) 2015 Apr 23