Tarix : 2015 Apr 27
Kod 45773

İranın Ənzəli Azad Məntəqəsi Təşkilatının icraçı müdiri : Ənzəlidə Xəzəryanı ölkələrin iqtisadi forumu keçiriləcək

Rza Məsrur : Rusiya, Azərbaycan Respublikası, Türkmənistan, Qazaxıstan və İrandan olan 400 iş adamının iştirak edəcəyi Xəzəryanı ölkələrin ticarət palatalarının 15-ci iclası 29-30 aprel tarixində Ənzəlidə keçiriləcək

Arannews - İranın Ənzəli Azad Məntəqəsi Təşkilatının icraçı müdiri Xəzəryanı ölkələrin ticarət palataları iclasının cari həftənin sonlarında Ənzəlidə baş tutacağından xəbər verib.

Rza Məsrur Bildirib ki : Rusiya, Azərbaycan Respublikası, Türkmənistan, Qazaxıstan və İrandan olan 400 iş adamının iştirak edəcəyi Xəzəryanı ölkələrin ticarət palatalarının 15-ci iclası 29-30 aprel tarixində Ənzəlidə keçiriləcək .

Rza Məsrur əlavə edib: bu iclas region ölkələrinin iş adamları arasında əlaqələr və əməkdaşlıqların genişləndirilməsi habelə, Ənzəli Azad Məntəqəsinin potensiallarının tanıtdırılması məqsədi ilə keçirilir.

  • Yazılıb
  • da (də) 2015 Apr 27