Heydər Əl-İbadi , Əhli-sünnə hamisi olduğunu iddia edən "İŞİD" terror təşkilatının bu vaxta qədər çox sayda Əhli-sünnə məzhəbini öldürdüyünü və mühacirətə məcbur etdiyini bildirib
AranNews- İraq respublikasının baş naziri Heydər Əl-İbadi, Kərbəlada keçirilən əyalətlər koordinasiya yüksək nümayəndə heyətlərinin 6-cı sessiyasında çıxışında, "İŞİD" terror təşkilatınin ancaq əli qanlı adamların sayəsində ayaqda qala bildiyini söylədi .
Heydər Əl-İbadi bildirib ki, terror təşkilatı içində bir cür yer almış və ya aldadılmış şəxslər əgər cinayətə yoluxmayıblarsa İraq xalqı hər zaman onları qəbul etməyə hazırdır .
İraqın baş naziri ölkədə etnik və məzhəblər arasında qarşıdurma ilə bağlı da xəbərdarlıq edib.O, Əhli-sünnə hamisi olduğunu iddia edən "İŞİD" terror təşkilatının bu vaxta qədər çox sayda Əhli-sünnə məzhəbini öldürdüyünü və mühacirətə məcbur etdiyini bildirib.Heydər Əl-İbadi qeyd edib ki, çünki adam öldürmək, bu təşkilatın strategiyasıdır .
İraqın baş naziri, "İŞİD" tərəfindən 140 əsgərin edam edildiyi barədə çıxan xəbərləri də təkzib etdi və bunun psixoloji müharibə olduğunu söylədi.