əgər Minsk Qrupunun Ermənistan və Dağlıq Qarabağ ermənilərinə dəstəkləri olmasaydı, indiyə qədər Qarabağ münaqişəsi həll olunardı
Arannews - Azərbaycan Respublikası prezidenti İlham Əliyev bir daha Ermənistanı Qarabağ sülh müzakirələri prosesinə maneə törətməkdə suçlayıb.
İlham Əliyev şənbə günü televiziya müsahibəsində deyib: Ermənistan bütün mümkün vasitələrdən istifadə edərək Qarabağ sülh müzakirələrinin nəticə verməməsinə çalışır.
O eyni zamanda bildirib: Ermənistanın bu strategiyası 2014-cü il noyabr ayından indiyə qədər Bakı və İrəvan başçıları arasında heç bir görüşün baş tutmamasına səbəb olub.
İlham Əliyevin dediyinə görə, İrəvanın Qarabağın hazırkı vəziyyətinin qorunmasına çalışdığı bir halda ATƏT-in Minsk Qrupu dəfələrlə bildirib ki, bu işğal olunmuş bölgənin hazırkı hüquqi vəziyyətini rəsmən tanımır.
Unutmayaq ki, ATƏT-in Minsk Qrupu ötən cümə axşamı günü bir bəyanat yayaraq bildirib ki, Dağlıq Qarabağın hazırkı hüquqi vəziyyətini rəsmən tanımır.
Görünür İlham Əliyevin son açıqlaması da elə bu istiqamətdə verilib.
Bundan öncə ATƏT-in Minsk Qrupunun amerikalı, rusiyalı və fransız həmsədrləri də oxşar mövqe sərgiləmişdilər. Lakin bu mövqe əməli surətdə heç vaxt Qarabağın sülh danışıqları prosesinə təsir etməyib və status-kvo hələ də davam etməkdədir.
Aydındır ki, bu vəziyyətin davam etməsi Azərbaycan Respublikasının milli mənafeyinə qarşıdır. Çünki 1 milyondan çox azərbaycanlı qaçqının yükü İlham Əliyev hökumətinin üzərinə ağırlıq edir.
Halbuki bu vəziyyətin davam etməsi Ermənistan və yaxud qondarma "DQR" üçün təsirsizdir və rəsmi İrəvan müharibə qaçqınlarının gözləntiləri kimi problemləri hiss etmir. Bundan əlavə, münaqişəli bölgədən əlavə erməni tərəfi Azərbaycan Respublikasının daha 7 rayonunu işğal etmişdir. Bu vəziyyəti nəzərə aldıqda Azərbaycan Respublikası prezidenti Ermnistanı Dağlıq Qarabağ sülh danışıqları prosesində əngəl törətməkdə suçlayır. Minsk Qrupunun bəyanatının ayılmasına baxmayaraq, bu qrupun həmsədrləri, yəni Rusiya, Amerika və Fransa Ermənistanın və Dağlıq Qarabağ ermənilərinin mövqelərini müdafiə edirlər. Rəsmi bəyanatlar və yaxud mediaların iştirakı ilə sülh danışıqlarını nəzərə almadıqda, ötən illər ərzində Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi cərəyanında Ermənistanı dəstəkləyənlərdən hesab olunmuşlar.
Region məsələləri üzrə bəzi ekspertlər bu qənaətdədirlər ki, əgər Minsk Qrupunun Ermənistan və Dağlıq Qarabağ ermənilərinə dəstəkləri olmasaydı, indiyə qədər Qarabağ münaqişəsi həll olunardı. Azərbaycan Respublikası rəsmilərinin fikrincə, Ermənistanın Qarabağ sülh danışıqları prosesindəki maneələrindən biri rəsmi İrəvanın "DQR"da hökumətin formalaşması və fəaliyyət göstərməsi prosesini dolayısı ilə dəstəkləməsidir.
Bununal belə Ermənistan hökuməti indiyə qədər qondarma "DQR"nı rəsmən tanımamışdır. Ermənistan rəsmiləri bu işğal olunmuş bölgədə müxtəlif səviyyələrdə seçkilərin keçirilməsini dəstəkləmişlər. O cümlədən qondarma "DQR"-da 6-cı parlament "seçkiləri"nin keçirilməsini misal göstərmək olar.