Hər bir Azərbaycan vətəndaşı kimi, Rufulla Axundzadənin və digər məhkumların da müalicə olunmaq hüququ var
Arannews - AİP-in Gəncə Komitəsi hicab məhbusu Rufulla Axundzadənin səhhətinin pisləşməsi ilə bağlı etiraz bəyanatı yayıb.
bəyanatı olduğu kimi təqdim edirik:
Bismillahir Rəhmanir Rəhim!
Vilayət günəşi əmirəl möminin Əli (ə) mövlud sevincini təəssüf ki, tam yaşaya bilmədik.
Dünən mətbuatda hicab məhbusu Rufulla Axundzadənin səhhətiylə bağlı oxuduğumuz məktub biz dindarları çox məyus etdi.
Məktubda məhbusun da qeyd etdiyi kimi, səhhətinin son dərəcə acınacaqlı olması, ölkənin butun vicdanlı insanları kimi, bizi də ciddi narahat edir.
Azərbaycan İslam Partiyası Gəncə şəhər komitəsi olaraq müvafiq qurumlardan, ilk növbədə, Ədliyyə naziri Fikrət Məmmədovdan və Penitensiar Xidmətin rəisi Mədət Quliyevdən bu məsələnin ciddi araşdırılmasını, hicab məhbusunun səhhətində yaranan problemin həlli üçün təsirli tədbilər görülməsini tələb edirik.
Hər bir Azərbaycan vətəndaşı kimi, Rufulla Axundzadənin və digər məhkumların da müalicə olunmaq hüququ var.
Həbsxana şəraitində dustaqların bu haqlarının tapdanması əslində insan haqlarının, demokratiyanın ayaqlanmasıdır.
Normal ölkələrdə məhbusların da hüquqları qorunur. Amma Azərbaycanda həyatı təhlükədə olan hicab məhbusu lazımi müayinə və müalicə ilə təmin edilmir.
Bu cur halların baş verməsi inanclı insanların narahatlığına səbəb olmaqla yanaşı, olkə gənclərinin dini dünyagörüşünü və vətəndaşlıq güvəncini laxladır.
Belə mənfi halların baş verməməsi, o cümlədən, günahsız olaraq həbsə salınan ictimai xadim və din alimlərinin tezliklə azadlığa buraxılması məsələsinin aidiyyatı qurumlar və dövlət başçısının daim diqqət mərkəzində olmasını arzulayırıq. Eyni zamanda bu məqamın daim diqqətdə saxlanmasını istəyirik.