Tarix : 2015 May 05
Kod 45825

İran Azərbaycan respublikasına zəngin sivilizasiyaya malik bir ölkə kimi baxır

İran və Azərbaycan arasında əlaqələrin təməli Azərbaycan respublikasının mərhum prezidenti Heydər Əliyevin dövründə qoyulub və iki ölkə arasında əldə olunan razılaşmalar münasibətlərin genişlənməsində önəmli rol oynamışdır

Arannews - İranın Milli Sənəd və Kitabxanalar təşkilatının sədri deyib: İran və Azərbaycan respublikası arasında möhkəm mədəni bağlar var və kimsə onları qıra bilməz.

Seyid Rza Salihi Əmiri Azərbaycan respublikası prezidentinin müşaviri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Tehranda İranın milli sənəd və kitabxanalar təşkilatına baxışı zamanı deyib: İran Azərbaycan respublikasına zəngin sivilizasiyaya malik bir ölkə kimi baxır. Bu görüşdə DQİDK-nin sədri də deyib: İran və Azərbaycan arasında əlaqələrin təməli Azərbaycan respublikasının mərhum prezidenti Heydər Əliyevin dövründə qoyulub və iki ölkə arasında əldə olunan razılaşmalar münasibətlərin genişlənməsində önəmli rol oynamışdır. Mübariz Qurbanlı İranın köməkliyi ilə onun rəhbərlik etdiyi qurumun dini əsərlərin nəşrində təsirli addımlar atacağına ümidvar olduğunu bildirib.

  • Yazılıb
  • da (də) 2015 May 05