Tarix : 2015 May 06
Kod 45831

Mübariz Qurbanlı İran İslam Respublikasında ali dini təhsil alan tələbələrlə görüşüb

Azərbaycanın İrandakı səfirinin nümayəndəsi Rəşadət Babayev, Qafqaz Müsəlmanları İdarəsinin Iran Islam Respublikasindaki nümayəndəsi Şamil Rəsulov və digər rəsmi şəxslər də bu görüşdə iştirak

Arannews - Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İran İslam Respublikasının Qum şəhərində ali dini təhsil alan tələbələrlə görüşüb.

bu barədə ilahiyyatçı Əkrəm Hacızadə məlumat verib. Bundan əlavə sədr müavini Gündüz İsmayılov, Azərbaycanın İrandakı səfirinin nümayəndəsi Rəşadət Babayev, Qafqaz Müsəlmanları İdarəsinin Irandaki nümayəndəsi Şamil Rəsulov və digər rəsmi şəxslər də bu görüşdə iştirak ediblər.

Əkrəm Hacızadə çox səmimi görüş olduğunu, daha sonra M.Qurbanlı və G.İsmayılovun verilən sualları cavablandırdığını qeyd edib:

 “Görüşdə əsas mövzu dini təbliğ zəminində yaranan problemlər, xaricdən gətirilən dini ədəbiyyatın ölkəyə daxil edilmə prosesi, təkfirçi və radikal cərəyanların ölkə üçün problemi, din-dövlət əlaqələri və bu səpkidə yaranan problemlərin həlli yolları müzakirə olunub”.

Sonda komitə sədri Mübariz Qurbanlı bildirib ki, dinin qarşısını almaq, günəşin üzərini örtmək kimi absurd məsələdir.

  • Yazılıb
  • da (də) 2015 May 06