Tarix : 2015 May 06
Kod 45837

İranın heç bir şirkəti şğal altında olan Azərbaycan torpaqlarında fəaliyyət göstərmir

Səfir : Biz dəfələrlə həm Azərbaycanın KİV nümayəndələrinə, həm rəsmi şəxslərinə demişik ki,Iran şirkətlərinin Dağlıq Qarabağda fəaliyyət göstərməsi barədə faktları varsa, bizə müraciət edə bilərlər. indiyədək bununla bağlı İran tərəfinə heç bir müraciət daxil olmayıb

Arannews - İranın heç bir şirkəti Dağlıq Qarabağda fəaliyyət göstərmir .

bu barədə Iran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin məlumat verib.

“İranın heç bir şirkəti Dağlıq Qarabağda fəaliyyət göstərmir. Biz dəfələrlə həm Azərbaycanın KİV nümayəndələrinə, həm rəsmi şəxslərinə demişik ki, İran şirkətlərinin Dağlıq Qarabağda fəaliyyət göstərməsi barədə faktları varsa, bizə müraciət edə bilərlər. Biz isə dərhal məsələni araşdıracağıq”, - deyə Səfir qeyd edib.

Səfir əlavə edib ki, indiyədək bununla bağlı İran tərəfinə heç bir müraciət daxil olmayıb.

  • Yazılıb
  • da (də) 2015 May 06