“Sərhədsiz Reportyorlar” Beynəlxalq Jurnalistləri Müdafiə Təşkilatı : Rauf Mirqədirovun həbsi bizi çox narahat edir. Şübhə yoxdur ki, onun həbsi siyasi xarakter daşıyır.
Arannews – “Sərhədsiz Reportyorlar” Beynəlxalq
Jurnalistləri Müdafiə Təşkilatı Azərbaycanda məhkəmənin jurnalist Rauf Mirqədirovun
məhkəməöncəsi həbs müddətinin uzadılması haqqında qərarını pisləyib.
Dövlətə xəyanətdə ittiham olunan
jurnalist barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay – sentyabrın 19-na qədər
uzadılıb.
“Rauf Mirqədirovun həbsi bizi çox
narahat edir. Şübhə yoxdur ki, onun həbsi siyasi xarakter daşıyır. Biz yenidən
Azərbaycan hökumətini təqiblərə son qoymağa və bu jurnalisti azad etməyə
çağırırıq”, deyə “Sərhədsiz Reportyorlar” təşkilatının Şərqi Avropa və Mərkəzi
Asiya şöbəsinin rəhbəri Yohan Bir bildirib.
Təşkilat Mirqədirova qarşı ittihamları
absurd, məhkəmöncəsi həbs müddətinin uzadılmasını isə qanunsuz hesab edir.
Bəyanatda həmçinin jurnalist Xədicə
İsmayılovanın 6 aylıq həbsinin başladığı xatırladılır.
Mirqədirovun vəkili onun həbs müddətinin
uzadılmasından şikayət verib. Apellyasiya şikayətinə gələn həftə baxılacağı
gözlənilir, bu barədə vəkil Elmar Süleymanov bildirib.
“Sərhədsiz Reportyorlar”ın 2015-ci il üçün “Mətbuat
azadlığı” indeksində Azərbaycan 180 ölkə arasında 162-ci yeri tutur.