Tarix : 2015 May 09
Kod 45850

“Sərhədsiz Reportyorlar” Beynəlxalq Jurnalistləri Müdafiə Təşkilatı Rauf Mirqədirovun həbs müddətinin uzadılmasıni pisləyib

“Sərhədsiz Reportyorlar” Beynəlxalq Jurnalistləri Müdafiə Təşkilatı : Rauf Mirqədirovun həbsi bizi çox narahat edir. Şübhə yoxdur ki, onun həbsi siyasi xarakter daşıyır.

Arannews “Sərhədsiz Reportyorlar” Beynəlxalq Jurnalistləri Müdafiə Təşkilatı Azərbaycanda məhkəmənin jurnalist Rauf Mirqədirovun məhkəməöncəsi həbs müddətinin uzadılması haqqında qərarını pisləyib.

Dövlətə xəyanətdə ittiham olunan jurnalist barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay – sentyabrın 19-na qədər uzadılıb.

“Rauf Mirqədirovun həbsi bizi çox narahat edir. Şübhə yoxdur ki, onun həbsi siyasi xarakter daşıyır. Biz yenidən Azərbaycan hökumətini təqiblərə son qoymağa və bu jurnalisti azad etməyə çağırırıq”, deyə “Sərhədsiz Reportyorlar” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Yohan Bir bildirib.

Təşkilat Mirqədirova qarşı ittihamları absurd, məhkəmöncəsi həbs müddətinin uzadılmasını isə qanunsuz hesab edir.

Bəyanatda həmçinin jurnalist Xədicə İsmayılovanın 6 aylıq həbsinin başladığı xatırladılır.

Mirqədirovun vəkili onun həbs müddətinin uzadılmasından şikayət verib. Apellyasiya şikayətinə gələn həftə baxılacağı gözlənilir, bu barədə vəkil Elmar Süleymanov bildirib.

 “Sərhədsiz Reportyorlar”ın 2015-ci il üçün “Mətbuat azadlığı” indeksində Azərbaycan 180 ölkə arasında 162-ci yeri tutur.

  • Yazılıb
  • da (də) 2015 May 09