Ölən və yaralananlar var-Hələlik ölən və yaralananların şəxsiyyəti məlum deyil.
Arannews –
Dünən Axşam saat 20:00 radələrində
Bakı-Böyük Kəsik dəmiryolu xəttinin Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən
keçən hissəsində qorunmayan keçiddə qatarla minik maşını toqquşub.
hadisə avtomobilin yük qatarını gözləmədən
keçidi keçməsi nəticəsində baş verib. Minik maşınında olan bir nəfər ölüb, iki
nəfər yaralanıb.
Hələlik ölən və yaralananların şəxsiyyəti
məlum deyil.
Qəza ilə əlaqədar yolda qatarların hərəkətinə
məhdudiyyət qoyulub, hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.