Londonda Kamerona qarşı aksiyalar qarşıdurmaya çevrildi .
Arannews - İngiltərədə mühafizəkarlar partiyasının rəhbəri Devid Kameronun yenidən baş nazir seçilməsinə etiraz edən əhali Londonun küçələrinə axışıb.
Əvvəlcə aksiya dinc şəkildə keçirilib. Üzvlər qazanları bir-birinə vurur və söyüş söyürdülər. Sonra baş nazirin rezidensiyasının yaxınlığında aksiya polislə qarşıdurmaya çevrilir. Etirazçılar polislərə butılka, banka və tüstü bombası atmağa başlayır. Polilərdən ikisinin yaralandığı bildirilir.
Xatırladaq ki, Devid Kameronun rəhbərlik etdiyi mühafizəkarlar Partiyası parlamentdə 323 yerə sahib olub. Bu da koalisiya daxil olmadan hökumət qurmaq üçün yetərsaydır.