Tarix : 2015 May 11
Kod 45872

İran Islam Respublikasinin “Nicat gəmisi” Yəmənə yolaa düşüb

gəmidə 50 ton içməli su, 50 ton dərman və tibb ləvazimatı, 400 ton konserv, 700 ton un və 1200 ton düyü daxil olmaqla 2500 tonluq humnatar yardım yükü daşıyır

Arannews -  İranın Qırmızı Aypara Cəmiyyətinin humanitar yardımlarını daşıyan gəmi “Nicat gəmisi” dünən Yəmənə yolaa düşüb.

gəmidə 1000 dəst qab-qacaq, valor çırağı, 1000 ədəd ümumi çadır, 2000 ədəd adyal, 50 ton içməli su, 50 ton dərman və tibb ləvazimatı, 400 ton konserv, 700 ton un və 1200 ton düyü daxil olmaqla 2500 tonluq humnatar yardım yükü daşıyır.

Bu gəmi İranın Qırmızı Aypara Cəmiyyətinin 15 nəfər həkimi, 20 müxbir, beynəlxalq sülhsevər şəxsiyyət, 5 mühafizəçi və 20 ekipajla dünən saat on doqquzda Yəmənə yola düşüb.

“Nicat gəmisi” Bəndər-Abbasın Şəhid Rəcayi limanını tərk etdikdən sonra Oman dənizi, Hind okeanı və Ədən körfəzinə daxil olacaq və Bab əl-Məndəb boğazından keçərək, Qırmızı dənizə girəcək və sonda öz humanitar yükünü Yəmənin Əlhədidə limanında boşaldacaq.

  • Yazılıb
  • da (də) 2015 May 11