Tarix : 2015 May 14
Kod 45897

Araz Quliyevin məhkəmə prosesi keçirildi

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı, Jurnalistləri Müdafiə Komitəsi, “Sərhədsiz reportyorlar”, Açıq Cəmiyyət İnstitutu, Sülh və Müharibələrin Həlli İnstitutu və bir sıra yerli təşkilatlar Araz Quliyevin həbsini pisləyib

Arannews - Araz Quliyevin apellyasiya məhkəməsi keçirilib .

İlkin məhkəmə iclası Dünən saat 15:00 tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçirilib. növbəti məhkəmə prosesi 18 may 12:30 tarixində keçirilməsi qərara alınıb .

Qobustan həbsxanasına köçürülən Cenubnews.com saytının baş redaktoru Araz Quliyevin həbsxanaya keçirilməsi barədə qərardan şikayət Bakı Apellyasiya Məhkəməsində icraata verilmişdi.

 “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı, Jurnalistləri Müdafiə Komitəsi, “Sərhədsiz reportyorlar”, Açıq Cəmiyyət İnstitutu, Sülh və Müharibələrin Həlli İnstitutu və bir sıra yerli təşkilatlar Araz Quliyevin həbsini pisləyib.

  • Yazılıb
  • da (də) 2015 May 14