AranNews- konqresdə Azərbaycan, Türkiyə, Gürcüstan, Kipr və İranda fəaliyyət göstərən universitetlərin rektorları və digər nüfuzlu elm ocaqlarının rəhbərləri, alimlər, elmi tədqiqatçılar iştirak ediblər.Tədbir çərçivəsində KUNİB-in mükafatının təqdimetmə mərasimi olub. Birliyin sədri, Türkiyənin Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin elmi fəaliyyəti və əsərlərinin əhəmiyyətindən danışıb. Sonra o, KUNİB-in “Elmi fəaliyyətə görə” mükafatını Kamal Abdullayevə təqdim edib.