Tarix : 2015 May 26
Kod 45967

Azərbaycanın XİN : Ermənistan tərəfindən işğal olunmuş ərazilərin olması bizə bu ölkə ilə vahid gömrük ittifaqında olmağa imkan vermir

Əgər Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxararsa, sərhədlər açılarsa, vəziyyət normallaşarsa, Azərbaycan və Ermənistan arasında iqtisadi tərkib olarsa – kim bilir sabah nə baş verəcək?!

Arannews – Gömrük İttifaqı Avrasiya İqtisadi İttifaqının əsas tərkib hissəsidir və Ermənistan tərəfindən işğal olunmuş ərazilərin olması bizə bu ölkə ilə vahid gömrük ittifaqında olmağa imkan vermir .

Bu barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov “Rusiya 24” telekanalına müsahibəsində bildirib .

 “Əgər Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxararsa, sərhədlər açılarsa, vəziyyət normallaşarsa, Azərbaycan və Ermənistan arasında iqtisadi tərkib olarsa – kim bilir sabah nə baş verəcək?! Necə deyərlər, heç vaxt heç zaman demə”, - deyə, nazir bildirib.

  • Yazılıb
  • da (də) 2015 May 26