Tarix : 2015 May 30
Kod 45984

Azərbaycan Respublikasını təmsil edən bir qrup media nümayəndəsinin Kiş adasına səfəri

Media nümayəndələrinin səfərinin məqsədi Azərbaycan xalqının İran İslam Respublikası ilə daha yaxından tanış olması, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, heyrətamiz turizm məkanlarının və Kiş adasının iqtisadiyyatının geniş potensialınıntanıdılmasıdır.

Arannews - İran və Azərbaycan arasında media sahəsindəki əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan Respublikasının “ATV” və “ANS” televiziyaları, “APA” və “TREND” informasiya agentliklərinin jurnalistlərindən ibarət 5 nəfərlik heyət cümə günü yəni 29 may 2015-ci il tarixində Kiş adasına daxil oldular .

Media nümayəndələrinin səfərinin məqsədi Azərbaycan xalqının İran İslam Respublikası ilə  daha yaxından tanış olması, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, heyrətamiz turizm məkanlarının və Kiş adasının iqtisadiyyatının geniş potensialınıntanıdılmasıdır .

Kiş adası İran İslam Respublikasının birinci azad ticarət və sənaye zonasıdır. Adanın özünəməxsus təbiəti, mənzərəsi və gözəlliyi olduğu üçün ada İranın ən mühüm turizm zonalarından biri hesab olunur. İlboyu dünyanın müxtəlif yerlərindən dəniz və təbiət sevər insanları özünə cəlb edir .

Adanın digər üstünlüklərindən biri də biznes fəaliyyəti, maliyyə əməliyyatları və təkrar ixracatın həyata keçirilməsi və sahibkarlıq lisenziyasının alınması üçün adada güzəştli və sadələşdirilmiş qaydalrın olmasıdır.

  • Yazılıb
  • da (də) 2015 May 30