Tarix : 2015 Jun 04
Kod 46001

Azərbaycan Respublikası zəvvarları İrana daxil olublar

İmam Xomeyninin (rə) pak məqbərəsinin zəvvarlarını daşıyan Azərbaycan Respublikası vətəndaşlarının karvanı Astara sərhədindən İrana daxil olub.

AranNews- 28 azərbaycanlının olduğu bu karvan İrana daxil olduğu zaman Astara şəhəri rəsmiləri tərəfindən qarşılanıb.
Bu karvanın rəhbəri Kənan Əliyev İRİB-in Astara müxbiri ilə müsahibədə deyib: Bu karvanın İRana səfər müddəti 8 günlükdür və azərbaycanlı zəvvarlar İran İslam Respublikasının banisi İmam Xomeyninin (rə) vəfatının ildönümü günü mərasimində iştirakdan əlavə Qumda Həzrət Mehdinin (əc) səadətli viladətinin ildönümü şənliyində iştirak edəcək, sonra şiələrin 8 -ci imamı İmam Rzanın (ə) pak ziyarətgahını ziyarət etmək üçün Məşhəd şəhərinə gedəcək.
 4 iyun İran İslam Respulbikasının banisi İmam Xomeyninin (rə) vəfatının ildönümü günüdür və Tehranda İran vətəndaşları və daxili və xarici şəxsiyyətlərin iştirakı ilə o həzrətin məqbərəsində xüsusi mərasim keçiriləcək.

  • Yazılıb
  • da (də) 2015 Jun 04