Tarix : 2015 Jun 06
Kod 46004

İran şirkətləri Bakıda keçirilən 22-ci Beynəlxalq Neft-Qaz Sərgisində geniş iştirak ediblər

dünyanın 27 ölkəsindən 315 şirkətin iştirakı ilə baş tutan bu sərgidə İran şirkətləri enerji, neft və qaz sahəsindəki...

Arannews -İran şirkətləri Bakıda keçirilən 22-ci Beynəlxalq Neft-Qaz Sərgisində geniş iştirak ediblər. dünyanın 27 ölkəsindən 315 şirkətin iştirakı ilə baş tutan bu sərgidə İran şirkətləri enerji, neft və qaz sahəsindəki son nailiyyətlərini maraqlananlar üçün sərgiləyiblər.

Bakı Beynəlxalq Sərgilər Mərkəzində və Azərbaycan Respublikası prezidenti İlham Əliyevin iştirakı ilə öz işinə başlayan bu 3 günlük sərgi cümə günü öz işinə yekun vurub.

Məlumata görə, İrandan enerji sektorunda 4 texniki-mühəndislik şirkəti də bu sərgidə iştirak edib .

  • Yazılıb
  • da (də) 2015 Jun 06