Tarix : 2015 Jun 06
Kod 46007

Mahmud Vaizi : Iran Islam Respublikasi Azərbaycan Respublikası ilə həmkarlıqlarını genişləndirmək üçün heç bir məhdudiyyətə malik olmayıb

İran və Azərbaycan Respublikasının müxtəlif sahələrdəki əməkdaşlıqları regionun sabitliyi və təhlükəsizliyinin qorunmasında təsirli olacaq.

Arannews - İranın rabitə və informasiya texnologiyaları naziri qarşılıqlı münasibətlərin genişlənməsi üçün mühüm amil kimi Tehran və Bakının siyasi iradəsini vurğulayıb.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Tehranda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə iki ölkə arasındakı razılaşmaları həyata keçirmək üzrə birgə səyi zəruri adlandırıb.

Vaizi deyib: İran Azərbaycan Respublikası ilə həmkarlıqlarını genişləndirmək üçün heç bir məhdudiyyətə malik olmayıb və bu həmkarlıqları bütün miqyaslarda genişləndirməyə çalışır.

İranın rabitə və informasiya texnologiyaları naziri regionda ekstremizm və terrorizmlə birgə mübarizənin önəmini vurğulayaraq, deyib: İran və Azərbaycan Respublikasının müxtəlif sahələrdəki əməkdaşlıqları regionun sabitliyi və təhlükəsizliyinin qorunmasında təsirli olacaq.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov da deyib ki, İran və Azərbaycan Respublikası Xəzər dənizi ətrafında iki mühüm ölkədir və bu iclas qarşılıqlı həmkarlıqların genişləndirilməsini yenidən nəzərdən keçirmək üçün münasib fürsət yaradır.

O, ölkəsinin İranla əlaqələrinin günbəgün genişləndiyini vurğulayaraq, deyib ki, qarşılıqlı münasibətlərin inkişafı üçün zəminlər yaranıb. Xələfov ümidvarlıq edib ki, iki ölkə iqtisadi, xüsusən enerji, tranzit və müştərək iqtisadi komissiya iclasının razılaşmaları formasında öz fəaliyyətlərini genişləndirə bilsin. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Tehranda keçirilən və dünən işini başa vuran xəzəryanı ölkələrin nümayəndələrinin iclasında iştirak üçün İrana səfər etmişdi

  • Yazılıb
  • da (də) 2015 Jun 06