Tarix : 2015 Jun 07
Kod 46009

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisi fəaliyyətini dayandırır

ATƏT-in Bakıdakı ofisinin fəaliyyəti üçün artıq heç bir zərurət yoxdur

Arannews - Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisi fəaliyyətini dayandırır. Səhər Beynəlxalq Televiziyasının APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu gün bildirib ki, ATƏT-in Bakıdakı ofisinin fəaliyyəti üçün artıq heç bir zərurət yoxdur.

Bu məlumata görə, 2014-cü il 24 sentyabrda Azərbaycan Respublikası və ATƏT arasında imzalanan anlaşma ləğv olunur və bu təşkilat bir aya qədər öz fəaliyyətini dayandıracaq. Qeyd edək ki, Azərbaycan Respublikası hökuməti son vaxtlar Qarabağ münaqişəsi və     ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında yeni siyasəti gündəminə salıb.

Azərbaycan Minsk Qrupunun səylərindən naümid olduqdan sonra ötən bir ildən indiyə qədəər bütün səylərini göstərir ki, mümkün olan hər bir vasitə ilə bu uzunmüddətli münaqişəyə son qoysun. Elə buna görə, ötən həftə ATƏT-in dövri sədri Bakıya səfər etdi və Qarabağ münaqişəsinə son qoymaq məqsədilə ədalətli həll yolunun tapılması üçün bu təşkilatın səylərini vurğuladı. Azərbaycan və Ermənistan arasında Qarabağ məntəqəsi üzərində münaqişə 1991-ci ildə başlayıb .

  • Yazılıb
  • da (də) 2015 Jun 07