Mehdi Sənayi: "Mühüm odur ki, Rusiya prezidenti bunun İrana satışına qadağasını ləğv etmişdir. Digər məsələlər, o cümlədən İranın Cenevrə məhkəməsinə şikayətinin müzakirəsi mütəxəssislərin öhdəsinə olacaq. Bu məsələ Rusiya prezidentinin öz qərarını icra etməsinə maneçilik etmir”.
AranNwes- Mehdi Sənayi "Kommersant" qəzetinə müsahibəsində İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin xarici işlər nazirləri, həmçinin, dövlət başçıları səviyyəsində keçiriləcək iclasından gözləntilərini açıqlayıb .
Səfir, İran-Rusiya ticarət əlaqələri və S- 300 zenit-raket kompleksləri mövzusunda da danışıb .
Müsahibənin mətni aşağıdakı kimidir :
-İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin xarici işlər nazirləri, həmçinin, dövlət başçıları səviyyəsində keçiriləcək iclasından gözləntisi nədir ?
-Şanxay Əməkdaşlıq Təşkilatının məfhumu İranın regional və beynəlxalq məsələlərə baxışı ilə uyğundur. İran öz xarici siyasətində əsasən iki prinsipi izləyir: birincisi, İran birqütblü dünya sistemini qəbul etmir, ikincisi, qeyri-region ölkələrin regionda baş verən məsələlərə müdaxiləsi ilə müxalifdir. Regionun problemləri regiondakı ölkə və xalqların öz əli ilə həll olunmalıdır. Şanxay Əməkdaşlıq Təşkilatının konsepsiyası və strukturu tamamilə bu prinsiplərlə uyğundur. Təşkilatın mövqei göstərir ki, bu prinsipin dünyada yüksək tələbi vardır. Məncə, bu təşkilat üçün İran önəmli ölkədir. İran, Yaxın Şərqdə, İslam ölkələrində və regionda olan təcrübə və nüfuzunu sözü gedən təşkilata qata bilər. Şanxay Əməkdaşlıq Təşkilatı İranın ona üzv olmasından yalnız faydalana bilər. Baş tutacaq görüşlərdən gözləntimiz nədir? Bu təşkilatın və onun çoxqütblü dünya tərəfdarı olan üzvlərinin səsini ucaldacaq. Ümid edirik ki, region ölkələri məntəqədə sabitlik və əmin-amanlıq yaratmaq üçün öz cəhdlərini toplayacaqlar .
Hal-hazırda İrana qarşı beynəlxalq sankiyalara görə – sanksiyalar 30 iyun nüvə danışıqlarında ləğv olmasa – İran bu təşkilata tam üzv ola bilməyəcək. İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasını sanksiyaların ləğvi ilə şərtləndirmək ədalətsizlikdir. Amma İran 6 -lıq vasitəsilə nüvə müzakirələrini davam etdirib. Ümid edirəm ki, bu danışıqlar uğurla və vaxtında sona çatsın. Regionda və dünyada durum dəyişilmişdir və İran hər gün regional və beynəlxalq məsələlərdə mühüm aparıcıya çevrilməkdədir. Çin və Rusiya İranın nüvə müzakirələrində əsaslı rol oynayıblar. Ümidvarıq ki, onlar İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması üçün də öz cəhdlərini göstərəcəklər. Bir daha təkrar edirəm ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa maraqlıdır və bu təşkilar İranın bacarıq və qabliyyətini görməməzliyə vura bilməz. ABŞ və Avropa Birliyi tərəfindən birtərli olaraq Rusiyaya qarşı, həmçinin BMT tərəfindən İrana qarşı məcburi sanksiyalar qoyulmuşdur. Hər iki sanksiya ədalətsizdir .
ranın yüksək çinli rəsmilərinin Rusiyaya səfərində çox güman ki, ikitərəfli münasibətlər müzakirə olunacaq. Ötən il İran və Rusiya arasında iqtisadi sahədə hərtərəfli müqavilə imzalandı. Bizim ikitərəfli münasibətlərimiz aktiv surətdə inkişaf etməkdədir. 2013 -cü ilin sentyabrından bu tərəfə iki ölkə başçılarının artıq 4 görüşü baş tutub və onların arasında səmimi münasibətlər yaranıb. Müsbət proseslər təkcə siyasi sahədə deyil, ticarət və iqtisadiyyat sahələrində də davam etməkdədir. Bunun nümunəsini Buşehrdə əlavə nüvə stansiyasının iki sektorunun tikilməsinə razılığın imzalanması kimi qarşılıqlı enerji sahəsində göstərmək olar .
- Orada işlər başlamışdır, ya yox ?
- Hazırlıq tədbirləri görülmüşdür .
- Tikinti işləri nə vaxt başlayacaq ?
- Hal-hazırda İranın Atom Enerjisi Təşkilatının heyətləri "Rus Atom" Konfransındadırlar. Konfrans çərçivəsində bu məsələ də müzakirə olunacaq. Rusiyalı şəriklərimizin dediklərinə görə tikinti işləri ilin sonuna kimi başlaya bilər .
- İki əlavə sektorunun tikilməsi hancı həcmdə dəyərləndirilir ?
- Bunu böyük bir müqavilə adlandırmaq olar. Rusiya tərəfi hətta digər bir neçə sektorun tikintisinin müqavilənməsinin imzalanmasına maraqlıdır. Ümid edirik ki, gələn il iki digər sektorun tikintisi üçün müqavilə imzalanacaq. Amma məsələ bununla tamamlanmır. İranda 6 istilik stansiyasının tikilməsi üçün Rusiya ilə ilkin razılaşmalar olub. Rusiya perzidenti Vladimr Putunun "S- 300 " barədə yasaqı ləğv etməsi hərbi və texnologiya sahəsində nəzərə çarpan əməkdaşlıqlar yaratmağa imkan verəcək .
- Rusiya rəsmiləri bildirirlər ki, "S- 300 " zenit-raket komplekslərinin İrana verilməsinin dəqiq vaxtı o zaman bilinər ki, İran Cenevrə məhkəməsinə verdiyi şikayəti geri götürsün. İran öz şikayətini geri götürəcəkmi ?
- Əsas odur ki, Rusiya prezidenti bu komplekslərin İrana satılmasını yasaqlayan qanunu ləğv etsin. Qalan məsələlər mütəxəssislərin öhdəsinədir. Bu texnologiya sahəsinə aid olan məsələ və ciddi olmayan bir problemdir. Məsələnin Rusiya prezidentinin öz qərarını icra etməsinə mane olacağını düşünmürəm. İranın öz şikayətini geri götürməsi Rusiya üçün texniki bir məsələ yox, fundamental məsələdir .
- Rusiya "S- 300 "- İrana verərsə, məhkəmə məsələsi həll oluna bilərmi ?
- Mümkünsə, ötən ilki razılaşmaya qayıdaq. Bir çox qərb ekspertləri onu "İran nefti Rusiya malları qarşısında" adlandırırdı. Bu anlam düzgün deyil. Biz heç vaxt bu məna və adı daşıyan bir müqavilə imzalamamışıq. Biz bir neçə sahədə əməkdaşlıq etmək barədə müzakirələr aparırıq, o cümlədən enerji, sənaye, nəqliyyat, ticarət və s. İran və Rusiya dövlətləri arasında baş tutan son komissiyada razılaşılmış layihələrin 70 milyard dollar dəyərindədir. Lakin bu layihələri bir çoxu bir-birinə bağlıdır və onun bir hissəsinin icra edilməməsi, digər hissələrin də gerçəkləşməməsinə səbəb olur. Biz keçən ilin oktyabr ayından Rusiyanın bu layihələri icra etməsini gözləyirik. Ümidvarıq ki, bu prosesə yeni maraqlar əlavə olsun. Çünki necə deyərlər, bu bizim iqtisadi-ticari münasibətlərimizin motorudur .
- Layihələrin icra edilməsində hansı problemlər var ?
- Həqiqətdə onların bir çoxu artıq öz həllini tapıb. O cümlədən müqavilə imzalanmış bir neçə şirkətə sənədin və sertifikatın verilməsi artıq başa çatmışdır. Nümunə kimi İranla yaxın münasibətləri olan Rusiyanın Rojd şirkətini götürmək olar. Habelə, dəmir yolları marşrutlarının işıqlandırılması və dediyimiz kimi altı istilik stansiyasının tikilməsi olan 1 milyard dollar həcmində müqavilə bağlanmışdır. Həmçinin İran "Saypa" və "İranxodro" avtomobillərinin Rusiyada satışına maraqlıdır. İran da Rusiyadan ağır yük maşınları almağa meyl göstərir. Üstəlik, çoxlu sayda modern təyyarələr də almağa maraqlıdır. Bu məsələlərin hər biri barədə müzakirələr aparılır .
Kənd təssərrüfatı sahəsində də münasibətlərimiz fəal surətdə inkişaf etməkdədir. Mart ayında ilk dəfə olaraq 18 İran şirkəti Rusiyaya dəniz məhsulları idxal etmək üçün sertifkat aldı. Bir müddət qabaq bu sertifkatı bir neçə süd və ət məhsulu istehsal edən şirkət də almışdı. Həmçinin, tariflərin azaldılması və Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonası yaradılması barədə müzakirələr aparılır .
- Bəs problemlər nədədir ?
- Əsas problemlər burdur ki, Rusiya şirkətləri İranda layihələrin maliyyə təmininə meyilli deyillər. Eyni zamanda onların çinli və hindli rəqibləri investisiya qoymağa hazır olduqlarını bildirirlər. Lakin, İran ev sahibi olaraq 70 milyard həcmində olan layihələri öz öhdəsinə ala bilməz. Rusiya şirkətləri bunu nəzərə almalıdır və investisiya qoymağa çalışmalıdırlar. Halbuki, onlar nəyisə gözləyirmiş kimi bu işi çox ləng həyata keçirirlər. Belə nəzərə gəlir ki, onlar sanksiyaların ləğv edilməsini gözləyirlər .
Lakin onların rəqibləri gözləmirlər və əməl etməyə çalışırlar. Hətta, işi ləngitdiyi üçün bir Rusiya şirkəti ilə bağlanmış müqavilə pozulmuş və həmin layihə Almaniya şirkətinə verilmişdir. İranın iqtisadiyyatı canlı və inkişaf etməkdədir, yəni bütün əməkdaşlığı hazırdır. Bu gün İran və Rusiya münasibətlərinin qurulması üçün tarixi bir zamandır. Ticarət və iqtisadiyyat sahələrində çox gözəl imkanlar yaranmışdır. Ən önəmli isə budur ki, onların razılaşma üçün qanuni əsasları vardır .
- Valyuta mühasibəsində problemlər varmı ?
- Bu məsələ artıq həll olunmaqdadır. İran və Rusiya mərkəzi bankları bu barədə müzakirə aparırlar. İnanıram ki, biz tezliklə milli valyuta mühasibəsinə başlayacağıq. Həmçinin, biz ortaq investisiya ilə ortaq hesab və bank açmaq barədə danışıqlar aparırıq. Lakin, Rusiya şirkətləri ABŞ-ın sanksiyalarından qorxurlar. ABŞ dəfələrlə Rusiyaya İranla münasibətlər barədə xəbərdarlıq etmişdir. Sanksiyalardan qorxmaq lazım deyil. Üstəlik, əvvəldə də dediyim kimi, sanksiyaları nəzərə almaqla belə əməkdaşlıq etmək olar və bu lazımdır. Bunu tamamilə qanuni yolla həyata keçirmək mümkündür. Nəhayət, Rusiya şirkətləri qəbul etməlidirlər ki, dünya təkcə qərb deyil .