Tarix : 2015 Jun 16
Kod 46054

Türkiyə dövləti orta şərq rəhbərliyini qeyri-düzgün yolla ələ keçirmək istəyirdi

Türkiyə seçkilərinin nəticəsi yayınılmış bir islamın məğlubiyyətidir.

Arannews -  Ərdəbil imamcüməsi Ayətullah Amili  bu həftəki cümə namazının xütbələrində Türkiyə seçkilərinə işarə edərək demişdir: bu hadisə regionda xüsusi təsir buraxacaqdır.

 O demişdir: Türkiyə dövləti orta şərq rəhbərliyini qeyri-düzgün yolla ələ keçirmək istəyirdi. Onlar dindən, insanların canından, terrorçuluqdan və şiə-sünni ixtilafından bir alət kimi istifadə edərək İranın məzhəb ploralizmi simasını zədələdilər. Vəliyyi- fəqihin əyalətrəki nümayəndəsi sözlərinin davamında bildirmişdir: deyilən seçkinin mühüm bərəkətlərindən biri yayınılmış xüsusi bir islamın məğlubiyyətidir.

 O, Türkiyə dövlətinin Osmanlı imperiyasından açıqca danışdığına və qərblilərin irad tutmadığına işarə edib demişdir: Mütəmadi olaraq İranı Fars imperiyasının bərpasında ittiham edirlər, hal buki, islami İranda belə bir davranışın izi də görsənmir.

Ərdəbil imamcüməsi xütbənin sonunda MS xəstəliklərindən əziyyət çəkənlərin ağır vəziyyətinə işarə edərək əhalidən istəmişdir ki, bu xəstəliklə xüsusi məşğul olan Mehranə müəssisəsilə əməkdaşlıq etsinlər.

  • Yazılıb
  • da (də) 2015 Jun 16